Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilib Baba Rzayev
Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.
Azərbaycanda son 7 ildə 51 yarımstansiya tikilərək yenidən qurulub.
Adalet.az xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi yalnız kifayət qədər elektrik enerjisi istehsal etmək deyil, həmin enerjini lazımi həcmdə və vaxtında istehlak məntəqələrinə çatdırmaqdan asılıdır: "Son 7 ildə 51 yarımstansiya tikilərək yenidən qurulub, ötürücü sistemin 70 %-dən çoxu yenilənib və 2 600 kilometrədək yeni elektrik verilişi xətti çəkilib. Nəticədə, şəbəkənin ümumi uzunluğu 9 665 kilometrə, ötürmə qabiliyyəti isə 21 950 MVA-ya çatıb. Bu yeniliklər elektrik enerjisinin ölkənin müxtəlif bölgələrinə etibarlı ötürülməsinə, yeni istehlak mərkəzlərinin şəbəkəyə qoşulmasına və enerji təchizatının dayanıqlılığının artırılmasına şərait yaradır".
B.Rzayev əlavə edib ki, ötürücü şəbəkənin müasirləşdirilməsi sənaye zonalarının, yeni yaşayış məntəqələrinin və bərpa olunan enerji obyektlərinin enerji sisteminə inteqrasiyasını asanlaşdırır: "Hazırda Nəvahi enerji qovşağının yaradılması, 500 kV-luq dairəvi sxemin qurulması və əsas generasiya obyektlərinin şəbəkəyə qoşulma sxemlərinin gücləndirilməsi istiqamətində işlər aparılır. Bu layihələr elektrik enerjisinin ötürülmə imkanlarının artırılması, enerji axınlarının daha səmərəli idarə olunması və sistemin dayanıqlılığının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Oktyabr 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















