Icma.az
close
up
RU
Azərbaycanda son illər sahibkarların təklifi ilə vergi qanunvericliyində 100 ə yaxın dəyişiklik olub

Azərbaycanda son illər sahibkarların təklifi ilə vergi qanunvericliyində 100 ə yaxın dəyişiklik olub

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda son illər biznes nümayəndələrinin təklifləri əsasında vergi qanunvericliyi və inzibatçılığında 100-ə yaxın dəyişiklik edilib.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun bizneslə qarşılıqlı əməkdaşlıq platforması çərçivəsində sahibkarlarla 280-ə yaxın görüş keçirilib, onların 680 təklifi emal olunub.

Bu barədə məlumatlar Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin (İCMA) birgə təşkilatçılığı ilə “Vergi islahatları – bizneslə əməkdaşlıq” mövzusunda keçirilmiş görüşdə açıqlanıb. Tədbirdə DVX-nin nümayəndələri və ictimai birliyin 50-dən çox üzvü iştirak edib.

Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes subyektlərinin nümayəndələrini salamlayaraq dövlət – özəl sektor tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında biznes nümayəndələri ilə dövlət qurumları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Öz növbəsində, İCMA-nın İdarə heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev Dövlət Vergi Xidməti ilə əməkdaşlıq formatının önəmini xüsusi qeyd edib.

Görüşdə Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov təqdimatla çıxış edib və vergitutma sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Tədbir iştirakçılarına son illərdə həyata keçirilən islahatlar nəticəsində iqtisadi göstəricilərdə əldə olunan müsbət dinamika, “kölgə iqtisadiyyatı” ilə mübarizə və biznes mühitinin stimullaşdırılması məqsədilə vergi qanunvericliyndə tətbiq olunan təşviqlər, vergi xidmətində rəqəmsallaşma sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı İCMA-da təmsil olunan kənd təsərrüfatı, istehsal, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, onların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. Bildirilib ki, dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində bu kimi görüşlər davamlı şəkildə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 30 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri