Icma.az
close
up
RU
Azərbaycanda STEAM Festivalı FOTOREPORTAJ

Azərbaycanda STEAM Festivalı FOTOREPORTAJ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.

Modern.az xəbər verir ki, açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov ilk öncə bütün STEAM ailəsini festivalın 5 illik yubileyi münasibətilə təbrik edib. İqrar Nəzərov qeyd edib ki, “STEAM Azərbaycan” layihəsi 2019-cu ildən etibarən ölkənin məktəblərində tətbiq olunmağa başlanıb.

“Layihə ilk tədris ilində 41 məktəb və 6 min şagirdi əhatə edirdisə, hazırda bu göstəricilər əhəmiyyətli dərəcədə artaraq 400-dən çox məktəbi və 300.000-dən artıq şagirdi əhatə edir.

O, eyni zamanda əlavə edib ki, məqsəd gələcəyin çağırışlarına hazır, özünə inanan, innovativ və sosial məsuliyyətli şəxsiyyətlərin formalaşdırılmasıdır”.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, beşillik müddət ərzində ölkəmizdə STEAM təhsili və bu sahədəki hərəkat kifayət qədər inkişaf edərək, əhatə dairəsini genişləndirmiş, yalnız bugünkü mənzərə ilə deyil, eyni zamanda minlərlə insanın xüsusilə də məktəblilərin və müəllimlərin həyatına müsbət təsir göstərib.

“STEAM metodologiyasının tətbiqi təhsilalanlarda motivasiyanı artırmış, onların yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafına təkan verib”.

Çıxışlardan sonra festivalda yarışacaq komandaların təqdimatı və bədii hissə baş tutub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə söyləyib ki, son illər məktəblərdə STEAM laboratoriyalarının qurulması, eləcə də müxtəlif regionlarda STEAM mərkəzlərinin açılması bu sahəyə marağın artdığını göstərir.

“STEAM layihəsi çərçivəsində şagirdlər yalnız elm və mühəndislik üzrə nəzəri məlumatlar əldə etmir, həm də öz ideyalarını real modellərə çevirərək dizayn, sınaq və təkmilləşdirmə proseslərinə qoşulurlar. STEAM Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanınmış brendə çevrilib. Azərbaycanın “STEAM hərəkatı ölkəsi” kimi formalaşması təhsildə innovasiya yanaşmasının vacib göstəricilərindən biri sayılır”.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Həsən Əliyev saytımıza bildirib ki, Oillo komandasının SAF 2025-də iştirakçısıdır. 

“Layihəmiz sahibkarlıq və innovasiya sahəsinə həsr olunub. Oillo sistemi neft, qaz və su borularının monitorinqi üçün hazırlanmış bir inspektəetmə cihazıdır”.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi Emin Hüseynzadə də Oillo komandasının üzvü olduğunu qeyd edib.

O bildirib ki, layihə boru xətlərinin daxili vəziyyətini avtomatik şəkildə yoxlayan, məlumatları toplayıb analiz edən ağıllı sistem üzərində qurulub.

Daha sonra şagirdlər layihənin iş prinsipi haqqında da məlumat veriblər:

“Oillo cihazı borunun içinə daxil olaraq onun vəziyyətini müxtəlif sensorlar vasitəsilə yoxlayır. Toplanan məlumatlar real vaxtda kompüterə ötürülür və sistem həmin məlumatları sayta yönləndirir. Burada məlumatlar iki hissəyə ayrılır: SİTE və AI moduluna. AI bizə borunun gələcəkdə hansı hissələrində problem yarana biləcəyini proqnozlaşdırır, SİTE isə həmin məlumatların vizual nəticələrini göstərir”.

Onlar vurğulayıblar ki, Oillo yalnız monitorinq aparmır, həm də borunun içində yığılmış çirkləri təmizləyə bilər:

“Boru daxilində sərbəst hərəkət edərək həm fiziki təmizləmə, həm də diaqnostika funksiyalarını yerinə yetirir”.

Dragon komandasını təmsil edən Zaqatala rayonunun Ramil Şabanov adına 3 nömrəli tam orta məktəbin şagirdi, komandanın proqramçısı Məhəmməd Surxaylı, Zaqatala rayonunda Nizami Hüseynov adına 2 saylı tam orta məktəbin şagirdi, komandanın kapitanı Hənifə Barxalov layihələrinin məqsədi barədə danışıblar:

“İnsanların kosmos və digər planetlərlə bağlı əsas problemi həmin mühitə uyğunlaşa bilməməsidir. Bu gün robotları Marsa göndərə bilirik, lakin insanları ora aparıb geri qaytarmaq həm çox çətin, həm də son dərəcə təhlükəlidir. Kosmosda Yer kürəsinin maqnit sahəsi olmadığı üçün radiasiya səviyyəsi insan həyatı üçün ölümcül ola bilər. Bioloji və fizioloji risklər də böyükdür. Belə ki, kosmosda qan dövranı pozulur, sümüklər zəifləyir. Üstəlik, oksigen çatışmazlığı insanın yaşaması üçün ciddi maneə yaradır”.

Bizim hazırladığımız robotun məqsədi planet səthlərini araşdırmaq, çətin və əlçatmaz ərazilərdə müstəqil şəkildə hərəkət etmək və elmi məlumatlar toplamaqdır. Layihəmizin ideyası - space mission, yəni kosmik tədqiqat tapşırığını simulyasiya edən bir sistem yaratmaqdır”.

Şagirdlər robotun texniki xüsusiyyətlərini də açıqlayıblar:

“Robot 6 təkərli, dayanıqlı şassi sisteminə malikdir. Video müşahidə və canlı yayım funksiyası var. Enerji təminatı günəş panelləri və batareya ilə həyata keçirilir. Layihə xüsusilə təhsil və STEAM istiqamətlərində istifadə üçün nəzərdə tutulub.

Robotun ən unikal xüsusiyyəti real vaxtda müşahidə imkanıdır. Həmçinin modul sisteminə malik olduğuna görə təkmilləşdirilməsi və yeni funksiyalar əlavə edilməsi çox asandır.”

Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edir.

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025 19 noyabr tarixinədək davam edəcək.

Festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.

Qeyd edək ki, STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri