Icma.az
close
up
RU
Azərbaycanda sualtı arxeologiyanın 90 ili: keçmişdən bu günə

Azərbaycanda sualtı arxeologiyanın 90 ili: keçmişdən bu günə

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 fevral, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri professor Abbas Seyidovun doktorant və dissertantlar üçün “Azərbaycanda sualtı arxeoloji tədqiqatlar: keçmişdə və indi” mövzusunda mühazirəsi keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Hibrid formatda təşkil olunan mühazirədə A.Seyidov qeyd edib ki, Azərbaycanda sualtı tədqiqatlar 90 ilə yaxındır davam edir. Birinci mərhələ 1938-1940-cı illəri əhatə edib. 1939-cu ildə Səbail adasının ətrafından 700-dən artıq üzəri yazılı və təsvirli daşlar tapılıb ki, hazırda bu daşlar Şirvanşahlar sarayında saxlanılır. O, bu sahədə ən geniş tədqiqatların 1968-1987-ci illəri əhatə etdiyini, təxminən 20 il ərzində mərhum arxeoloq V.Kvaçidze tərəfindən Xəzər sahillərindən, dənizin dibindən və adalardan 4 mindən artıq maddi mədəniyyət qalığının aşkar edildiyini diqqətə şatdırıb. 2008-ci ildə İdris Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açan professor bir müddət bu sahədə fasilə yarandığını qeyd edib, 2022-2023-cü illərdə Neftçala və Salyan rayonlarında Mikayıl Mustafayev tərəfindən Kür çayının suyunun çəkilməsi nəticəsində üzə çıxan Antik dövr küp qəbirlərinin tapılaraq tədqiqata cəlb olunması ilə yenidən sualtı arxeologiyanın canlandığını vurğulayıb.

A.Seyidov Xəzər arxeologiyası şöbəsi tərəfindən 2024-cü ildə Abşeron yarımadasının sahilyanı ərazilərində - Zirə kəndi, Pirallahı ətrafı və Şəhri-Gürganda aparılan arxeoloji tədqiqatlardan danışıb. Alim Xəzərin suları altında orta əsrlərə (XII-XIV əsrlər) aid artefaktlar, batmış iki gəmi qalığı, daş və metal lövbərlərin qeydə alınması, 2025-ci ildə isə Lənkəran rayonu, Bəndovan burnu və digər Xəzərsahili ərazilərdə aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar barədə doktorant və dissertantlara geniş məlumat verib və onların suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see569

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see527

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see368

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see273

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see247

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see246

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see239

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see236

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see234

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see215

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see213

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see210

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see209

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see206

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see205

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see204

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see203

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see198

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri