Azərbaycanda süd və süd məhsullarının adambaşına istehlakı azalıb
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2024-cü ildə Azərbaycanda adambaşına ən çox istehlak edilən qida süd və süd məhsulları olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsininin açıqladığı "Ev təsərrüfatları tədqiqatlarının yekunları" adlı məcmudə bildirilir.
Sənədə əsasən, ötən il ölkədə adambaşına 244,9 kiloqram süd və süd məhsulları istehlak edilib ki, bu da əvvəlki illə müqayisədə 1,5 % azdır.
Əvəzində adambaşına yumurta istehlakı 0,6 % artaraq 163 ədəd olub.
İl ərzində çörək və çörək məhsullarının adambaşına istehlakı isə 131,5 kiloqram təşkil edib. Bu da illik müqayisədə 1,3 % azdır.
Hesabat dövründə ət və ət məhsulllarının adambaşına istehlakı isə 0,6 % artaraq 36,1 kiloqram olub.
Ən az istifadə edilən qida məhsulu isə balıq və balıq məhsulları olub. İl ərzində hər bir şəxs bu qida məhsulundan 7,8 kiloqram qəbul edib. 2023-cü illə müqayisədə bu rəqəm dəyişməyib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 14 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















