Icma.az
close
up
RU
Azərbaycanda süni intellektə vəzifə verildi FOTO

Azərbaycanda süni intellektə vəzifə verildi FOTO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ildə Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb. Belə ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib. Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Bu yeniliyin partiyaya qatdıqları, süni intellekt əsaslı qadın modelin hansı işləri gördüyü, partiyanın qərarverməsinə nə qədər töhfə verdiyi maraq doğuran məsələlərdir.

Globalinfo.az xəbər verir ki, Modern.az bu suallara cavab tapmaq üçün Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ilə əlaqə saxlayıb. Partiya sədri tətbiq edilən modelin iş prinsipindən danışıb:

“Biz bu modeli “nə edir?” sualı ilə yox, daha çox “nə etmir?” sualı ilə izah etməyi üstün tuturuq. Çünki cəmiyyətdə süni intellektlə bağlı ən böyük narahatlıq-onun insanı və siyasi iradəni əvəz etməsi qorxusudur. Bizim yanaşmamız tam əksinədir. Hazırda bu süni intellekt düşünmür, qərar vermir, hökm çıxarmır. O, sadəcə olaraq partiyaya daxil olan böyük həcmdə informasiyanı-vətəndaş müraciətlərini, sosial narahatlıqları, ictimai gözləntiləri-sakit, emosiyasız və sistemli şəkildə bir araya gətirir.

A.İ.Bakuvi bu modelin üstünlüyünü isə belə təsvir edib:

“Əvvəllər siyasi qərarlar çox vaxt hisslərə, fraqmentar məlumatlara, ayrı-ayrı səslərə söykənirdi. Bu sistem isə bizə bütün mənzərəni eyni anda göstərir: cəmiyyət nəyi deyir, nə barədə susur, harada risk, boşluq var, harada isə fürsət. Yəni o, siyasi iradəyə toxunmur, amma siyasi məsuliyyəti tam anladır.

Amma bir şeyi xüsusi vurğulamaq istəyirəm: süni intellekt nə səs verir, nə qərar qəbul edir, nə də kiminsə yerinə məsuliyyət daşıyır. O, sadəcə rəhbərliyə bütün məlumatları çatdırır və biz artıq hansısa məsələ haqqında qərar verərkən ‘bunu bilmirdik’ deməyimiz mümkün olmur.

Partiya sədri yeni tətbiq etdikləri modelin hər hansı texniki və ya funksional problemlərə səbəb olub-olmadığı barədə məsələyə də aydınlıq gətirib:

“Tam səmimi və bütün məsuliyyətimlə deyirəm ki, kritik texniki və ya funksional problem yaşanmır. Bunun əsas səbəbi isə layihəyə tələsik deyil, mərhələli və tam nəzarət altında yanaşmağımızdır.

Hazırkı mərhələdə model qapalı test mühitində, məhdud funksiyalarla işləyir. Proqram real qərar proseslərinə qoşulmur, açıq şəbəkələrə çıxışı məhduddur və yalnız əvvəlcədən təsdiqlənmiş məlumatlarla işləyir. Bu da həm texniki riskləri, həm də yanlış istifadəni minimuma endirir.

Əlbəttə, istənilən yeni texnologiyada olduğu kimi, incə tənzimləmə tələb edən texniki məqamlar mövcuddur-terminoloji dəqiqlik, dil balansı və kontekstin düzgün qorunması kimi. Lakin bunlar problem xarakteri daşımır, normal test prosesinin tərkib hissəsidir və hər biri insan nəzarəti altında operativ şəkildə aradan qaldırılır.

Bizim üçün əsas prinsip budur: süni intellekt bir icra aləti kimi fəaliyyət göstərir, lakin son qərar və tam nəzarət həmişə insandadır. Məhz buna görə də bu sistem nə texniki, nə də funksional baxımdan partiya üçün hər hansı risk mənbəyi hesab edilə bilməz”.

Bəs, Süni intellekt hansı proqram üzrə işləyir?

Adəm İsmayıl Bakuvi suala cavabında bunları deyib: “Süni intellekt sistemi Azərbaycanda yerləşən, qapalı və mühafizə olunan server mühitində fəaliyyət göstərir və açıq mənbəli böyük dil modelləri əsasında qurulub. Sistem hər hansı xarici, kommersiya və ya açıq platformaya bağlı deyil, daimi internet bağlantısı mövcud deyil və yalnız partiyanın rəsmi, əvvəlcədən təsdiqlənmiş məlumat bazası ilə işləyir.

Bu yanaşma texniki təhlükəsizliyi, eləcə də siyasi və hüquqi nəzarəti tam şəkildə təmin edir. Yəni burada söhbət “hazır proqram”dan deyil, Azərbaycanda lokallaşdırılmış, institusional və tam nəzarət olunan kompleks texnoloji həllərdən gedir. Onu da bildirim ki, süni zəkadan istifadə bizim heç də yeganə yeniliyimiz deyil”.

Adəm İsmayıl Bakuvi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri