Azərbaycanda sürtkü materialları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb.
“APA-Economics” bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, “Sürtkü materialları, yağları və xüsusi mayelərə dair tələblər haqqında texniki reqlament” “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanıb və sürtkü materialları, yağları və xüsusi mayelərə, işlənmiş sürtkü materialları, yağları və xüsusi mayelərə, məhsulun həyat dövranının mərhələlərində işlənmiş məhsulun emalı (utilizasiyası) nəticəsində əldə olunmuş, Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmış məhsullara dair tətbiqi və icrası məcburi olan tələblərin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 15 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















