Azərbaycanda sürücü dalniy işıqları yandırdığına görə döyüldü
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Şəmkir rayonunda 46 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib. Həmin kənddə yaşayan 1985-ci il təvəllüdlü Ayaz ilə yaşadığı kənd ərazisində həmkəndlisi Kənan arasında şəxsi münasibətlər zəmində mübahisə yaranıb.
Bu zaman Kənanın idarə etdiyi avtomobilin uzaq işıqlarını yandırması səbəbindən tərəflər arasında mübahisə baş verib. Mübahisə zamanı o, yumruqla Kənanın göz nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib.
Ayazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:142
Bu xəbər 13 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları