Icma.az
close
up
RU
Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yay aylarında suvarma suyu çatışmazlığı əsasən yağıntının az olduğu, havanın yüksək temperaturu ilə səciyyələndiyi və suvarılan əkin sahələrinin geniş yayıldığı ərazilərdə daha kəskin müşahidə olunur.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban Modern.az-ın sorğusuna cavab olaraq bildirib. 

Məlumata görə, hazırda suvarma suyu ilə təminatda əsas çətinliklərin qeydə alındığı su mənbələri və onların xidmət etdiyi rayonlar aşağıdakı kimi sıralanıb:

Araz çayının aşağı axını: Sabirabad, Saatlı, İmişli, Salyan və Neftçala rayonları;

Araz çayından qidalanan Xan-Arx kanalı: Beyləqan və Ağcabədi rayonları;

Tərtərçay çayının aşağı axını: Ağcabədi və Goranboy rayonları;

Samur-Abşeron kanalı: Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonları;

Pirsaatçayının xidmət sahəsi: Hacıqabul rayonu.

Xüsusilə Tərtərçay çayının aşağı axınında yaranan su çətinliyini aradan qaldırmaq üçün alternatif olaraq subartezian quyuları qazılır. Lakin son illərdə yeraltı su ehtiyatlarının səviyyəsinin bəzi ərazilərdə təxminən 20 metrədək enməsi nəticəsində qazılmış subartezian quyularının debiti və məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb:

"Bu hal quyular vasitəsilə tələb olunan həcmdə suyun verilməsini çətinləşdirərək kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlər yaradır və mövcud su çatışmazlığını daha da dərinləşdirir".

R.Qurban müxtəlif su arteriyaları üzrə yaranmış vəziyyətin təfərrüatlarını da açıqlayıb. Belə ki, Araz çayında axının azalması səbəbindən Xan-Arx kanalına daxil olan suyun həcmi kifayət etmir. Bu da kanalın aşağı hissəsində yerləşən Ağcabədi rayonunun əkin sahələrində və vegetasiya dövrünün suvarma qrafikində çətinliklərə yol açır.

Oxşar vəziyyət Tərtərçayda da müşahidə olunur. Çayda su sərfinin azalması Goranboy rayonunun su təminatına mənfi təsir göstərdiyindən, tələbatı ödəyə bilmək üçün bəzi ərazilərdə suvarma məcburi olaraq növbəlilik rejimi ilə aparılır.

Samur-Abşeron kanalı üzrə isə Taxtakörpü su anbarından Ceyranbatana ötürülən içməli suyun həcminə prioritet verilir. Bu səbəbdən kanalın kənd təsərrüfatı üçün ayrılan su payı məhdudlaşır ki, nəticədə Xaçmaz, Siyəzən, Qusar, Quba, Şabran, Xızı və Abşeron rayonlarında vegetasiya dövründə su təminatında axsamalar meydana çıxır.

Pirsaatçayında da axımın zəifləməsi və su ehtiyatlarının məhdudluğu ucbatından Hacıqabul rayonunda əkin sahələrinin suvarılması növbəlilik əsasında həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri