Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulur.
Ə.Əliyevlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.
Mahiyyət xususi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə noyabrın 29-da baxılacaq.
Qeyd: Bir neçə il öncə, iş adamının yerli mediada müraciəti dərc edilmişdi. Ə.Əliyev iddia edirdi ki, "Eurohome" tikinti bazarının sahibi Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu dələduzluq yolu ilə onun 67 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və məhkəmə qətnamələrinə baxmayaraq borcu qaytarmır. (pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















