Icma.az
close
up
RU
Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar Hicran Hüseynova

Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar Hicran Hüseynova

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Ölkədə doğulan körpələrin sayının azalması ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri  Hicran Hüseynova demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar deyə bildirib:

"Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Demoqrafik vəziyyəti təhlil edərkən dünya üzrə doğumun səviyyəsinin aşağı düşdüyünü müşahidə etmək olar. Ancaq bu müxtəlif ölkələrdə  fərqli şəkildə özünü göstərir. Məsələn, Hindistan əhalinin artım sürətinə görə dünyada birinci, ümumi əhalinin sayına görə isə ikinci ölkədir. Ölkədə hər il 13,7 milyon nəfərlik sürətli əhali artımı müşahidə olunur. Pakistan 5,2 milyon insan artımı ilə ikinci yerdədir. Reytinqdə üçüncü yerdə 200 milyondan çox əhalisi olan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Nigeriya qərarlaşıb. Lakin bununla yanaşı, Çin mənfi 2,8 milyon nəfərlə dünyada ən çox əhali itkisinə malikdir. Əhali itkisi mənfi 774,5 min nəfər olan Yaponiya da əhalinin qocalması problemi ilə üzləşib. Rusiya ildə mənfi 497,6 min nəfər itki ilə dünyada üçüncü yerdədir. Dördüncü yerdə Almaniya mənfi 314,9 min nəfər azalma göstərir ki, bu da ilk növbədə əhalidə yaşlıların xüsusi çəkisinin artması və doğum səviyyəsinin azalması ilə bağlıdır. Yüksək iqtisadi gücünə baxmayaraq, ölkə işçi çatışmazlığından əziyyət çəkir. Əhalinin sayına görə növbəti autsayderlər bunlardır: İtaliya (-278,8 min nəfər), İspaniya (-110,6 min nəfər), Cənubi Koreya (-109,1 min nəfər), Polşa (-94,4 min nəfər) və Rumıniya (-73,5 min nəfər)".

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar: 

"Azərbaycanda ümumi nəsilvermə əmsalı 1970-ci ildə  4,7, 1980-cı ildə 3,3, 1990-cı ildə 2,8, 2010-cu ildə 2.3, 2020-ci ildə 1.7, 2023-cü ildə isə 1.6 olmuşdur. Və əlbəttə ki, təbii artımda da biz dinamikanın azalmasını müşahidə edirik. Doğrudur, Azərbaycanda hələ ki, vəziyyət təhlükəli deyil. Ancaq gələcəkdə demoqrafik parametrlərdə mənfiyə doğru dəyişikliyin qarşısını almaq üçün tədbirlər görülməlidir".

"Bir çox nüfuzlu tədqiqatçıları belə bir fikri təsdiqləyirlər ki, bəşəriyyət 21-ci əsrdə heyrətamiz sosial dəyişikliklərlə üz-üzədir. Belə ki, dünyanın bəzi ölkələrində doğulan uşaqların sayının planlaşdırırlması ilə bağlı ciddi tədbirlər görüləcək, eyni zamanda, dünyanın əksər hissəsi iqtisadi artım, azalan işçi qüvvəsi və təbii artımın  azalması səbəbindən qocalma ilə bağlı ciddi problemlərlə üzləşəcəkdir" deyən Hicran Hüseynova sözlərinə belə davam edib:

"Təbii artımın  dinamikası ilə bağlı araşdırma göstərib ki, 2100-cü ilə qədər ölkələrin 97%-i demoqrafik böhranla üzləşəcək. Eyni zamanda, aşağı gəlirli regionlarda doğum səviyyəsi demək olar ki, iki dəfə artacaq. Aparılan təhlillərə görə təbii artım bir sıra amillərdən asılıdır: insanların həyat tərzi(şəhər və ya kənd), sağlamlıq, o cümlədən, reproduktiv sağlamlıq, qidalanma səviyyəsi (xüsusilə ekoloji təmiz qıdalanma),  əmək və məişət şəraiti; stereotiplər; əhalinin strukturu ( cins, yaş, nikah, ölüm); müharibələr,  epidemiyalar, ekoloji problemlər və s. Və bir məsələni də qeyd etmək lazımdır ki, tarix boyu ailədə ideal uşaq sayı ilə bağlı fikirlər dəyişimişdir.

Məsələn, sosioloqlar və demoqraflar   bildirirlər ki, ailədə 3 və daha çox uşaq olmalıdır.  Lakin 20-ci əsrin ikinci yarısından başlayaraq çoxuşaqlı ailələri " Nuklear ailə " adlandırılan ailə - 1-2 uşaqlı evli cütlük əvəz etdi. Harmonik ailə mühitində uşaqların optimal sayını təyin edərkən hər bir ailə üzvünün fiziki, emosional və sosial rifahına təsir edən bir sıra amillər nəzərə alınmalıdır. Uşaqların ehtiyacları və onların tərbiyəsi şərtləri, eləcə də bütün uşaqlar arasında valideyn diqqət və qayğısının balanslaşdırılmış bölgüsü əsasən ailənin resurslarından və statusundan asılıdır. Lakin nəzərə almaq lazımdır ki, burada universal formula yoxdur və hər bir vəziyyət fərdi yanaşma tələb edir.

Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə xüsusi diqqət yetirir: "Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir”. Ümumi sosial siyasətin bir hissəsi kimi demoqrafik siyasət hazırda ölkəmizdə də xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyev tərəfindən demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq və demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə İnkişaf Konsepsiyaları, Dövlət Proqramı, Fəaliyyət Planları təsdiq edilmişdir. Qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir.  Bütün bunlar əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailənin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri tədbirləri özündə əks etdirir. Həmçinin, Azərbaycan Respublikasının Birinci Vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi olaraq qeyd etmək lazımdır. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycan Respublikasının inkişafı deməkdir".

Günel Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri