Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə maarifləndirici görüşlər keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Odlar Yurdu Universitetində və Azərbaycan Texniki Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində əcnəbi tələbələr və onlarla işləyən ali məktəb nümayəndələri ilə görüşlər təşkil olunub.
XQ xəbər verir ki, tədbirin əsas məqsədi əcnəbi tələbələrin miqrasiya qaydaları, hüquq və öhdəlikləri barədə məlumatlandırılması, ölkədəki yaşama və qeydiyyat prosedurlarının izahı olub.
Görüşlərdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edərək, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi, viza tələbləri və yaşama icazələri ilə bağlı geniş təqdimatlar ediblər.
Tədbirlər zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 23 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















