Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı sadələşdirilir
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı üçün prosedurlar sadələşdirilir.
Sfera.az "Report"a istinadən xəbər verir, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
"Yeni qaydalara əsasən, 2021-ci il yanvarın 1-dək texniki inventarlaşdırma idarələri tərəfindən verilmiş və tərkibində torpaq sahəsinin ölçüləri göstərilən çıxarış və pasport sənədləri hüquq müəyyənedici sənəd kimi qəbul olunacaq", - N. Alimova vurğulayıb.
Onun sözlərinə görə, həmin sənədlərlə müraciət edən vətəndaşlar eyni zamanda həm torpaq sahəsini, həm də tikilini qeydiyyatdan keçirə biləcəklər:
“Bundan sonra qeydiyyat üçün tikilinin əvvəlcədən sistemdə tanınıb-tanınmaması şərti aradan qaldırılır”.
Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 23 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















