Icma.az
close
up
RU
Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi

Azərbaycanda təyyarə qiymətinə qatar bileti: 147 manata Qazax reysi

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yollarının (ADY) “Bakı – Qazax” reysi üzrə bilet qiymətləri sosial şəbəkədə istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. 

Lent.az xəbər verir ki, ADY tərəfindən “Bakı-Qazax” reysi üzrə gedən qatara 1 nəfər üçün biletin qiyməti 147 manatdır.

Maraqlısı budur ki, təyyarə ilə Bakıdan İstanbula uçmaq  196 manat olduğu halda, ondan dəfələrlə yaxın, ölkədaxili ərazidə qiymətlər 147 manatdır. Ümumiyyətlə, bəzi bölgələrə olan reyslərdə gedişə 1-2 gün qalan bilet qiymətlərinin dədigər günlərlə müqayisədə 5 dəfəyədək baha olduğu görünür. 

Bəs bu qiymətlər niyə belə bahadır? 147 manat dəyərində olan biletə nələr daxildir? 

ADY-dan Lent.az-a bildirilib ki, əgər hərəkət cədvəlində seçilmiş tarixə 100 və daha yüksək qiymət görünürsə, bu o deməkdir ki, digər siniflərə yer qalmayıb, yalnız birinci sinif üzrə yer və ya yerlər mövcuddur:

"Biletlərin qiymətində artım həftəsonları, bayram günləri və biletlər səfərə bir-iki gün qalmış alındıqda olur. Birinci siniflərin qiyməti standart və biznes siniflərdən yüksək olur. Birinci sinif yerlər az olsa da (məsələn, FLIRT qatarında cəmi 8 yer), təbii ki, öz müştəriləri var, səyahət zamanı yüksək komforta üstünlük verən sərnişinlər var. 

Azərbaycan Dəmir Yollarında birinci siniflə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ dəmiryol vağzallarının VIP-zallarından istifadə edə bilərlər. Sərnişinlər qatarın yola düşməsindən əvvəl və ya səyahətin sonunda 1 saat müddətində VIP-zaldan istifadə edə bilərlər.  

Əl yükü sərnişinin istəyinə uyğun olaraq zala və ya birbaşa qatara daşınır. Əl yükü zalda yerləşdirildiyi halda ADY əməkdaşı sərnişini və onun əl yükünü qatara kimi müşayiət edir.

VIP-zalda sərnişinə ödənişsiz xidmətlər göstərilir

Limitsiz su, çay, qəhvə, internetə çıxış (Wi-Fi-dan istifadə), rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası, şəhərin gəzməli yerləri ilə bağlı informativ çap vəsaitləri (buklet, kitabça), sərnişinin səfərin sonunda qarşılanması və Bakı Dəmiryol Vağzalında 2 saatlıq ödənişsiz avtoparkinq.

Səyahətin sonunda vaqon bələdçisi sərnişini vağzaldakı ADY-nin nümayəndəsinə yönləndirir. ADY-nin əməkdaşı sərnişini qarşılayaraq əl yükü ilə birgə onu VIP-zala kimi müşayiət edir. 

Birinci siniflə səyahət edən sərnişinlərə qatarda səfər zamanı ödənişsiz yemək təklif olunur. 

Qida çeşidləri 

Qəlyanaltı, səhər yeməyi, sendviç, meyvə şirəsi, çörək məmulatları, şəkər daxil olmaqla isti içki (çay, qəhvə) və su. 

Keyterinq xidməti qidanın mənşəyi və təhlükəsizliyinə dair sertifikatlara məxsus şirkət tərəfindən həyata keçirilir. Təqdim edilən qablaşdırılmış qidaların üzərində istehsal tarixi, saxlanma şərtləri, istifadə müddətinin son tarixi qeyd edilir. 

Qatar başlanğıc məntəqəsindən yola düşdükdən 1 saat sonra sərnişinlərə çay, qəhvə, su və qidanın paylanması həyata keçirilir. Sərnişinlərə çay, qəhvə, suyun verilməsi limitsiz və ödənişsizdir. 

Qatarların birinci sinif salonlarında xüsusi yerlər mövcuddur. Oturacaqlar elektrik yuvaları və dirsəkaltı ilə təchiz olunub, fərdi işıqlandırma və oturacaqlar istəyə uyğun tənzimlənir. Həmçinin ikimərtəbəli qatarlardakı birinci sinif oturacaqları 180 dərəcə fırlana bilər.

Səfər zamanı sərnişinlərə yastıqça, adyal və başmaq təqdim edilir.

Həmçinin qurumdan bildirilib ki, ADY 2024-cü il 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçib:

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər endirimlərdən yararlana bilirlər.

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir. Dünya təcrübəsinə nəzər salsaq, məsələn, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarus Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilirlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır.

Ən çox tələbat olan Bakıdan Gəncəyə standart sinif üzrə biletin baza qiyməti 15 manat olduğu halda sərnişinlər 25 gün öncədən bilet alarlarsa, qiymət 12.80 AZN, 23 gün öncədən - 14.10 AZN, 12 gün öncədən - 14.30 AZN-ə əldə edə bilərlər". 

Qısacası, əgər ucuz qiymətə gediş axtarırsınızsa, öncədən seçməkdə fayda var. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri