Icma.az
close
up
RU
Azərbaycanda torpaqdan təyinatdan kənar istifadəyə cərimələr artırıla bilər

Azərbaycanda torpaqdan təyinatdan kənar istifadəyə cərimələr artırıla bilər

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda torpaqdan təyinatdan kənar istifadə hallarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr yenidən nəzərdən keçiriləcək.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Nəbiyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, cərimələrin məbləği daha ədalətli və təsirli olması üçün yenidən nəzərdən keçiriləcək: “Əsas məqsəd torpaqdan düzgün istifadənin təmin edilməsi və torpaq sərvətinin qorunmasıdır. Bu dəyişikliklər torpaq sahələrinin qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün vacib hesab edilir. Dövlət orqanları və aidiyyəti qurumlar islahatları şəffaf və səmərəli şəkildə həyata keçirmək üçün yeni prosedurlar tətbiq edəcəklər”

Dövlət Xidmətinin rəsmisi bildirib ki, cərimələr İnzibati Xətalar Məcəlləsində torpaqların təyinatdan kənar istifadəsi, mülkiyyət hüquqlarının pozulması və qanunsuz istifadəsi ilə bağlı müxtəlif bəndlərdə nəzərdə tutulur: "Mövcud protokollara əsasən tətbiq edilən cərimələr kifayət qədər azdır. Təsəvvür edin ki, bir şəxs kənd təsərrüfatı torpağını qanunsuz istifadə edərək əkin sahəsi yaradırsa, 600-700 manat cərimə ödəməklə məsuliyyətdən yayına bilir. Bu isə çox aşağı məbləğdir. Yaxın ölkələrdə torpaq milli sərvət hesab olunur və ciddi qorunur. Azərbaycan üçün də torpaq həm iqtisadi, həm də strateji sərvət sayılır”.

O əlavə edib ki, Azərbaycanda bir şəxsə orta hesabla 16-18 sot əkin torpağı, kənd təsərrüfatı sahələrində isə 35-40 sot torpaq sahəsi düşür: “Bu, ölkə üçün ərzaq təhlükəsizliyi baxımından vacibdir. Ona görə də torpaqdan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri