Icma.az
close
up
RU
Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış Torağay hansı şəhərimizdir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən bu rayon möhtəşəm təbiəti, qədim tarixi, fərqli mədəniyyəti və dağ kəndlərinin maraqlı həyat tərzi ilə seçilir. Bu dəfə söhbət Qax rayonundan gedir.  
Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biridir,  arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınıb. İlisu Tarixi-Mədəniyyət qoruğunda V–VI əsrlərə aid Alban məbədi, XVII əsrə aid Came məscidi qorunur. Rayonda IX–XIV əsrlərə aid "Cinli" qala; XII–XIII əsrlərə aid Məbəd kompleksi; XVI əsrə aid Məbəd, Qala qapısı və divarları; XVI–XVII əsrlər Hacı Tapdıq məscidi; XVIII əsrə aid məscid var.
Skif çarlığından Osmanlı sultanlığına qədər...
Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olub. Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi dövründə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri tikilib. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar. Həmin dövrdə Qaxın ərazisi o zaman mövcud olan Atabəylər və Şirvanşahlar dövlətinin tərkibinə daxil olub.
 

1562-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasibin fərmanı ilə İlisu sultanlığının əsası qoyulub. XVIII əsrin ortalarında İlisu sultanlığının nüfuzu o qədər yüksəlmişdi ki, Osmanlı imperiyası İlisu sultanı Əli Sultan bəyə o dövr üçün yüksək rütbə sayılan "İki Sancaqlı" paşa titulu verərək onu Bəylərbəyi kimi tanımışdı.


1803-cü ildə İlisu sultanlığı Rusiya imperiyası tərəfindən işğal edilib. Sultanlığın hakimi Daniyal sultan 1844-cü ildə rus hakim dairələri ilə yaranan narazılıqdan sonra üsyan edərək sultanlığın əhalisini ruslara qarşı qaldırıb.  Lakin İlisu kəndi yaxınlığında məğlubiyyətə uğrayan Daniyal sultan dağlıların milli-azadlıq hərəkatının rəhbəri Şeyx Şamilin tərəfinə keçərək mübarizəni davam etdirib.
Ruslar sultanlığın mərkəzi olan İlisu kəndini yandırdıqdan sonra sultanlığın ərazisi mahallara bölünüb və Car-Balakən dairəsinə tabeliyində çar Rusiyanın müstəmləkəsinə çevrilib.
Qax sözünün etimologiyasına gəlincə...
XVI əsrə qədər Qax şəhərinin "Torağay" adlandırılmasını yəqin ki, çoxları bilmir. Yəni Tovuz rayonundan başqa daha bir quş adlı bölgəmiz də var imiş. Amma işin maraqlı tərəfi odur ki, eynilə Tovuz rayonunda olduğu kimi – quş adına bənzəsə də əslində qədim türkcədə tamamilə başqa məna verir. Elə Torağayın da mənası bizim bildiyimiz erkənçi quş deyil.
XIX əsr müəllifi İ. Lineviçin “Keçmiş İlisu sultanlığı” əsərinə istinadən Qaxın qədim adının Torağay olduğu ilk dəfə qeyd edilir. Amma Torağay sözü qıpçaq türkçəsindən götürülüb, mənası isə  dağ arası  çökəklik, başqa sözlə desək, yarğan deməkdir. Yeri gəlmişkən, Şimali Qafqaz vasitəsilə bura gələn qıpçaqların Qaxda məhz dağ arası ovalıqlarda kənd salmışdılar.
Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" adlı lüğətində isə bu bölgə Toruq olaraq göstərilir və orta Asiya türklərində eləcə də Türkiyə türkcəsində hələ də “doruk” yəni “zirvə” nəzərdə tutulur.
 

1930-cu ildən etibarən Azərbaycan Respublikasının şimal-qərbində 1494 kvadrat km ərazidə Qax rayonu təşkil edilib. Konkret olaraq Qax  sözünün mənası ilə bağlı bir neçə fərziyyə mövcuddur. Söylənən fikirlərin ən ağlabatanı ərazidə hələ 3000 il bundan əvvəl məskən salmış “Qaq” tayfalarının adı ilə bağlıdır. Sonralar bu söz “qax” kimi işlənərək bu günümüzə qədər gəlib çatıb.


Qax adı V əsrdən gürcü mənbələrində xatırlanır. VIII əsrə aid gürcü mənbələrində Qaxın indiki ərazisi Qax-Ubani, yəni Qax obası adlanırdı. Qax adına başqa xalqların toponimiyasında da rast gəlinir: Dağıstanın Qunib dairəsində Qax kəndi, Avar dairəsində Qax kəndi, Qaxmataş dağı, Kürə dairəsində Qaxtsuq kəndi; Türkiyədə Qars vilayətinin Ərdəhan dairəsində Qaxıcvari dağı var. Faktlar göstərir ki, qaxlar böyük ərazilərə yayılaraq yerli, oturuşmuş sakinlər olublar. Güman ki, qaxlar III–IV əsrlərdə xristianlığı, VIII–IX əsrlərdə isə islam dinini qəbul etmişlər.
Başqa bir versiyada isə tədqiqatçı alim Nəbi Nəbiyev göstərir ki, Qax rayonu çoxlu bağlarla məşhur olduğundan, burada meyvə qurutmaq keçmişdən bəri yerli əhalinin məşğuliyyəti olub. Bundan başqa, Qaxın dağ kəndlərində qış üçün mal-qoyun ətləri qaxac edilib saxlanılır. Güman ki, Qax həm də qurutmaq, qaxac etmək sözündən yaranıb.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri