Icma.az
close
up
RU
Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Azərbaycanda toxum ehtiyatı fondları YARADILIR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Toxum ehtiyatı fondları yaradılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” qanun layihəsində əks olunub.
 

Layihəyə əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı yardımın göstərilməsi məqsədilə bu Qanunun 16.2-ci və 16.5-ci maddələrində göstərilən qaydada dövlət toxumçuluq qurumunun təklifləri əsasında “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxum ehtiyatı fondları yaradılacaq.


Dövlət toxum ehtiyatı fondları dövlət büdcəsinin vəsaiti hesabına yaradılacaq və Azərbaycan Respublikasının mülkiyyəti hesab olunacaq.
Dövlət toxum ehtiyatı fondları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılacaq.
Bildirilib ki, toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Toxum ehtiyatı fondlarında Reyestrə daxil edilmiş sortlara aid olan, həmçinin sortluq və səpin keyfiyyətləri toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən toxumlar tədarük edilib və saxlanılacaq.
Dövlət toxum ehtiyatı fondlarına toxum tədarükü ilə bağlı sifariş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.
Naxçıvan Muxtar Respublikasında dövlət toxum ehtiyatı fondlarının yaradılması və istifadəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
 

Qeyd edək ki, bu qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanunu ləğv ediləcək.


Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyul 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri