Icma.az
close
up
RU
Azərbaycanda toyda dava düşdü: Dedim ki, çıx çölə TƏFƏRRÜAT

Azərbaycanda toyda dava düşdü: Dedim ki, çıx çölə TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Yevlax rayonunda 1981-ci il təvəllüdlü Murad toy məclisində tanışı Yadigara xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, Nizami prospektində yerləşən “Turan” şadlıq sarayında baş verib. Murad orada təşkil edilmiş tanışı Nicatın övladının kiçik toy məclisinə gəlib. 
O, həmin məclisdə iştirak edərək spirtli içki qəbul etdikdən sonra saat 20 radələrində şadlıq sarayının giriş qapısının qarşısına gəlib və toy məclisində iştirak etmiş istintaqla müəyyən edilməyən digər bir şəxsin toy məclisindən tez getməsinə görə Muradın onun ünvanına söyüşlər söyməsini eşidib. 
O, Yadigara toy məclisində nalayiq söyüşlər söyməsini irad bildirib. Bu zaman Yadigarın onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb. Muradda onu vuraraq yerə yıxıb. Yadigar həmin zaman xəsarət alıb. 
Hadisəni törədən Muradın barəsində istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2024-cü ildə “Turan” şadlıq sarayında keçirilən toya dəvət olunub: “Sarayın dəhlizində pul yazdırarkən, Yadigar camaatın yanında nalayiq ifadələr işlədib. Bu, orada olan kameraya da düşüb. Əlimlə Yadigara işarə edərək, bildirdim ki, çıx çöldə nalayiq ifadələr işlət. Bunu deyəndən sonra üç nəfərlə söhbət etməyə başladım və spirtli içki qəbul etdiyinə görə, heç Yadigara fikir vermədim. Özüm də spiritli içki qəbul etmişəm. Amma ağılım başımda olub”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra şadlıq sarayından şölə çıxanda Yadigar ona sataşmağa başlayıb  və yumruq atıb: “Mən özümü müdafiə etmişəm. Bu da kameraya düşüb. Ona “əl çək, çıx get” deyərək getdim. Heç onun yıxılmasından, başının zədə almasından xəbərim belə olmayıb. İki gündən sonra axşam evimə zəng gəldim. Mənə Yadigarı vurduğumu və başının zədələnməsini bildirdilər. Yadigarın yıxılmasını bilməmişəm. Sadəcə onu əlim ilə itələyərək xətasını məndən uzaq etməsini demişəm. İki gündən sonra polis şöbəsinə çağırıldım, anam ilə birlikdə şöbəyə getdim. Mənim izahatım alındı. Şadlıq sarayında nə olmuşdursa, hamısını izah etdim”. 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və həmin maddə ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqda məhrum edilib. 
Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri