Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Azərbaycanda toylarla bağlı qayda dəyişir Artıq belə olacaq

Azərbaycanda toylarla bağlı qayda dəyişir Artıq belə olacaq

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Tacir Şahmalıoğlunun oğlunun toyu ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, dəvət etdiyi müəyyən şəxslər toyda iştirak etməyib. O, bəzi insanların toya gəlməyən qonaqlardan pul tələb etdiyini desə də, özü belə addım atmayacağını vurğulayıb:
Sitat: “Adam var ki, toya gəlməyənə zəng edir, deyir ki, pulu kartıma at, sənə borcum yoxdur. Mən elə edə bilmərəm”.
Toylar niyə sevinc məclisindən maliyyə hesablaşmasına çevrilir? Toya gəlməyən qonaq pul göndərməlidirmi? Yaxud artıq toylarla bağlı qaydalar dəyişir?
Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, toylarımız milli-mənəvi dəyərlərimizi, qədim adət-ənənələrimizi özündə birləşdirən mühüm mərasimlərdir:
“Tarixən xalqımız toy zamanı yeni ailə quran gənclərə dəstək olub, onların həyatının daha rahat başlamasına kömək göstərib. Bu dəstək bəzən maddi, bəzən isə müxtəlif hədiyyələr və digər yardımlar şəklində olub. Lakin hesab edirəm ki, bu gün toyların mahiyyəti müəyyən qədər dəyişib. Əvvəllər toy sahibi və yeni ailə quran cütlük daha çox qazanc əldə edirdisə, indi daha çox toy sənayesi ilə məşğul olanlar, şadlıq evləri və müxtəlif xidmət sahibləri qazanırlar. Hətta bəzi hallarda insanlar qonşudan və ya qohumdan geri qalmamaq üçün öz imkanlarını aşan xərclərə gedir, kredit götürür və nəticədə ciddi maliyyə problemləri ilə üzləşirlər.
Hər xalqın özünəməxsus mərasimləri olduğu kimi, Azərbaycan xalqının da toyları milli koloritimizi, adət-ənənələrimizi və mənəvi dəyərlərimizi əks etdirir. Təəssüf ki, son illər toylarımızda xarici təsirlər artıb, milli elementlər isə müəyyən qədər zəifləyib. Bəzən toylarımız milli məclisdən çox əyləncə proqramını xatırladır. Buna görə də milli xüsusiyyətlərimizi qorumaq və gələcək nəsillərə ötürmək vacibdir”.
Toylara dəstək məsələsinə gəldikdə, Üzeyir Şəfiyev hesab edir ki, toyların formatı yenidən nəzərdən keçirilməlidir:
“Elə bir model formalaşdırılmalıdır ki, əsas qazancı toy sahibi və yeni ailə quran cütlük əldə etsin. Çünki onlar yeni həyata başlayırlar və bu dəstək onların gələcək həyatının daha rahat qurulmasına xidmət etməlidir. Əlbəttə, toy xidmətləri göstərən insanların da zəhməti qiymətləndirilməlidir. Lakin əsas məqsəd toyun yeni ailəyə dayaq olmasıdır. İnsanlar verdikləri dəstəyin həqiqətən də yeni ailəyə çatdığını hiss etməlidirlər. Hazırkı vəziyyətdə isə çox zaman toy sahibləri mərasimdən sonra borclu çıxır və ya ciddi maliyyə çətinlikləri ilə qarşılaşırlar”.

Üzeyir Şəfiyev

Sosioloq qeyd edib ki, ümumilikdə toy adətlərimizin ən gözəl tərəfi insanların bir-birinə dayaq olması, maddi və mənəvi dəstək göstərməsidir:
“Məhz bu ənənəni gücləndirmək və toyların formatını həmin məqsədə uyğun şəkildə təkmilləşdirmək lazımdır. Əslində insanlar toy sahibinə və yeni ailə quran cütlüyə dəstək göstərirlər ki, onların gələcək həyat şəraiti daha rahat və qayğısız olsun. Toyun əsas fəlsəfəsi də məhz bundan ibarətdir. Buna görə də hesab edirəm ki, toyların formatı dəyişdirilməli və ya müəyyən mənada əvvəlki ənənələrimizə qayıdılmalıdır”.
Ü.Hacıyev deyib ki, əvvəl kəndlərdə kimin toyu olurdusa, qonşular və kənd sakinləri bir yerə yığışaraq toy hazırlıqlarında iştirak edirdilər:
“Kimsə çadırların qurulmasına kömək edirdi, kimsə mal-qara verirdi, kimsə ərzaq dəstəyi göstərirdi, digəri isə maddi yardım edirdi. Yəni məqsəd toy sahibinin yükünü azaltmaq və yeni ailənin həyata daha rahat başlamasına şərait yaratmaq idi. Bu dəstək qarşılıqlı xarakter daşıyırdı. Bu gün sən başqasına kömək edirdin, sabah ehtiyac yarananda başqaları da sənə kömək edirdi. Məhz bu qarşılıqlı həmrəylik və dəstək ənənəsi toylarımızın ən dəyərli xüsusiyyətlərindən biri olub. Hesab edirəm ki, bu ənənəni qorumaq və gücləndirmək lazımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri