Icma.az
close
up
RU
Azərbaycanda transsərhəd su axarlarının çirklənməsi ilə bağlı ciddi problem var

Azərbaycanda transsərhəd su axarlarının çirklənməsi ilə bağlı ciddi problem var

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər müzakirə edilib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu sessiyada parlamentlərin sağlamlıq və iqlim problemlərinin həllinə hərtərəfli yanaşma tətbiq edə bilməsi yolları araşdırılıb. Bundan başqa, ərzaq təhlükəsizliyi və qidasızlığa səbəb olan kənd təsərrüfatı və balıqçılıq sektorunda itkilərin azaldılması strategiyaları müzakirə edilib.
Uruqvay Senatının üzvü İren Moreyra deyib ki, iqlim dəyişikliyi insan sağlamlığına birbaşa və dolayı yolla təsir edir:
"Xüsusilə yaşlı insanlar, uşaqlar üçün bu risk daha böyükdür. İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, ona əlçatanlığı da azaldır. Temperaturun artması öz növbəsində müvafiq sahələrdə məhsuldarlığı azaldır. Daşqınlar, hava dəyişikliyi iş şəraitinə də təsir edir".
Milli Məclisin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişikliyi üzrə beynəxlalq ekspertlər qrupunun rəyinə görə, temperaturun artması insanların həyatına ciddi təsir göstərə bilər:
"COP29-da müzakirəsi aparılan maliyyə yardımlarından başqa, səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir. Pandemiyaya hazırlıq, qarşısının alınması və cavab tədbirlərinə də maliyyə ayrılmalıdır".
Deputat vurğulayıb ki, Azərbaycanda transsərhəd su axarlarının çirklənməsi ilə bağlı ciddi problem var:
"Qonşu ölkələrin bəzi mədən sənayesi obyektləri sərhədlərdə transsərhəd çay hövzələrinin yaxınlığında yerləşir və tullantılar Kür və Araz, eləcə də ölkənin digər çaylarına axıdılır. Bu, əhalinin sağlamlığında problemlər yaradır, xərçəngə yoluxma hallarının artmasına, həmçinin Araz çayının suyundan istifadə edən kənd təsərrüfatına ziyan vurur".
Sonda sual-cavab sessiyası baş tutub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see309

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see307

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see259

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see256

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see252

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see237

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see233

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see232

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see224

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see215

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see213

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see207

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see205

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see200

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see198

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see198

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see195

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see188

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see186

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri