Icma.az
close
up
RU
Azərbaycanda tüğyan edən xəstəlik: Gərginliyin nəticəsidir

Azərbaycanda tüğyan edən xəstəlik: Gərginliyin nəticəsidir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda şəkər xəstələrinin sayı artıb. 

Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı  33 533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30 500 nəfər olub. 

Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33 533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır. Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423 523 nəfərdir.

Qeyd edək ki, ondan bir il öncə bu rəqəm 385 179 olub.

Bəs şəkər xəstəliyinin artmasının səbəbləri nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim Aydın Əliyev bildirib ki, şəkər xəstəliyi bədənin mübadilə prosesləri və həyat tərzi ilə bağlıdır:

“Təssüf ki, Azərbaycanda ürək-damar, endrokroloji xəstəliklərin əsaslarından olan şəkər xəstəliyi, diabet aktualdır. Bədənin belə xüsusiyyəti var ki, hər hansı yerdə patologiya olduqda digər orqanlar çalışır ki, həmin ağrılı vəziyyəti azalda bilsinlər. Ümumi şərhdə buna immunitet, yəni bədənin özünü qoruma xüsusiyyəti deyilir. 

Amma şəkər xəstəliyi mübadilədir. Yediyimiz qidaların, bədənimizdəki maddələrin biokimyəvi, biofizioloji dəyişilmələridir. Hava, içdiyimiz su, qidalar  o cümlədən sinir sistemimizin vəziyyəti həmin mübadiləni dəyişə bilir. İçilən suyun təbii, qidalarımızın yerli olması bədənimizə uyğun gəlir. İnsanın psixoloji vəziyyəti, sinirləri sağlam  olduqda, bədən özü-özünü müdafiə edə bilir”. 

Onun sözlərinə görə, insulin çatışmazlığı şəkərin hüceyrələrə daxil olmasını əngəlləyir:

“Nəsildə bu xəstəlik varsa, insanlarda şəkər xəstəliyi daha tez ortaya çıxır. Lakin bu gün sadəcə irsində bu xəstəlik olanlar deyil, çoxsaylı insanlarda bu xəstəlik var. Sadaladığım bütün səbəblər insanlarda patologiya, o cümlədən mədəaltı vəzinin patologiyası olan insulin çatışmazlığına səbəb olur. 

İnsulin çatışmayan zaman qanda şəkər çox olur. Qanda şəkər çox olsa da, onlar hüceyrəyə  keçə bilmir ki, qidalansın. İnsulin bir növ hüceyrənin qapısını açır ki, şəkərlər hüceyrələrdə istifadə oluna bilsin”.

Həkim qeyd edib ki, sağlam həyat tərzi və həkim tövsiyələrinə əməl şəkərin artmasını azaldır:

“Şəkər ağır xəstəlikdir. İnsanlar mövcud şərtləri qəbul edib, sağlam  şəkildə yaşasalar, həkimlərin müəyyən etdiyi müalicələr daha tez effekt verər. Ümumi gərginliyin nəticəsidir ki, bu xəstəlik çoxalıb. Bütün xəstəliklərin sayını azltmaq üçün ölkəmizdə gedən yaxşı işlərdən müsbət enerjiyə köklənməliyik.

İnsan öz bədənin həkimi olmalıdır, çünki insan öz bədənini hamıdan yaxşı tanıyır. Təmkinli həyat insanlara xoşbəxtlik gətirir. Təbiət və insan birliyi uğun olduqda, insanlar sağlam yaşayır”. 

Gülər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri