Icma.az
close
up
RU
Azərbaycanda ulduz falına inananlar niyə artıb?

Azərbaycanda ulduz falına inananlar niyə artıb?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astroloqa görə, insanlar bürclərə ümid yeri kimi baxır; Psixoloq isə deyir ki, bürclərlə yaşamaq və bürclərə görə qərar vermək şəxsiyyət problemidir...

News24.az bildirir ki, göy cisimlərinin insanlara necə təsir etməsi hər zaman maraq doğurub. Qoroskopa, ulduz falına, bürclərə inananlar bu gün də kifayət qədərdir. Müşahidələr göstərir ki, bürclər haqda ulduz falları Azərbaycanda ən çox oxunan mövzulardan biridir. Bəzi hallarda günün ən aktual mövzularını belə oxunma sayına görə geridə qoyur. Bu marağın artmasının psixoloji və sosioloji səbəbləri nədir?

Bəzi ekspertlərə görə, bürclərə və ulduz fallarına marağın yüksək olması psixoloji və sosioloji faktorlarla bağlıdır. İnsanlar gələcək haqqında daha çox məlumat əldə etmək istəyirlər. Düşünürlər ki, çətin dövrlərdə (iqtisadi problemlər, sosial qeyri-sabitlik, şəxsi həyatda qeyri-müəyyənlik) bürclər onlara müəyyən bir istiqamət və ya ümid verir. Bəzən isə insanlar özlərini daha yaxşı anlamaq üçün bürclərdən istifadə edirlər. Bürclər fərqli şəxsiyyət xüsusiyyətlərini izah etdiyindən, insan özünü müəyyən bir qəlibə uyğunlaşdırmağa çalışır. Gələcəkdə nələrin baş verəcəyini bilmək hissi insanlarda rahatlıq yaradır. Bu, xüsusilə stress və depressiya hallarında daha çox müşahidə edilir.

Səbuhi Rəhimli

Tədqiqatçı-jurnalist, astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı deyir ki, insanların rifah halı aşağı olduğu zaman daha çox bürclərə müraciət edirlər: “Əlbəttə, astrologiyaya ümidlə baxanlardan gedir söhbət. Hətta mən günlük proqnozları verəndə deyirlər ki, xoş söz niyə demirsən. Mən astronomik göstəriciləri, sadəcə, sözə çevirib çatdırıram. İnsanlar bir ümid yeri axtarırlar. Nə qədər insanlar pis yaşayır, lotereyalar populyar olur. Neçə dəfə görmüşəm, qoca kişi, qadın əllərindəki son qəpiklərini verib lotereya alırlar, möcüzə gözləyirlər. Fikirləşirlər, bəlkə bəxtləri gətirdi. Anlamırlar ki, son qəpiklərini verirlər. Sosial vəziyyət, insanların rifah halı yüksək olanda ovqatları da yüksək olur. Başqa yerdə ümid axtarmırlar”.

Rövşən Nəcəfov

Psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “İnsan düşüncəsi rahatlığa meylli olduğu üçün onun yerinə qərar verilməsini istəyir. Həm də bürclər düşüncə üçün müsbət bəhanədir. İnsan məsuliyyətli varlıq deyil. İnsanı məsuliyyətli edən qərardır. Bürc anlayışı insanın davranışlarını ört-basdır edir. Bəzən insan nə etdiyini anlamaq üçün bürclərə sığınır. Mühitin və təbliğatın rolu danılmazdır. İnsanın düşüncə və davranışları mühitlə tənzimlənir. Gün ərzində bürclərlə maraqlanmaq hansısa psixoloji pozuntu deyil, maraq dairəsidir. Bürclərlə yaşamaq və bürclərə görə qərar vermək şəxsiyyət problemidir. Bürclər və digər bənzər anlayışlar narahatlıq, stress və təşviş hallarının yaranmasına səbəb olursa psixoloji pozuntudur. Göy cisimləri, qoroskop, ulduz falı və bürclər kimi anlayışlarla maraqlanan insanlar şizotipal şəxsiyyət tipi, bu anlayışlardan mənfi psixoloji hallar yaşayanlar isə şizotipal şəxsiyyət pozuntusu olaraq müşahidə edilir. Bürclər, ulduz falı kimi anlayışların elmi əsası yoxdur. İnsanın həyatını bilik və bacarıqlar formalaşdırır. Verdiyi qərarlar təcrübəyə əsaslanır. Səhvi və ya düzü fərziyyələrdə axtarmaq olmaz. İnsan maddi və mənəvi qazanclarını göydə axtarmamalıdır. Elmin olduğu yerə insan cəhd etməlidir. Hansısa ulduz onun yerinə əmək fəaliyyəti ilə məşğul olmayacaq. Müəllifi məlum olan, amma elmi istinadı olmayan fikirlər sağlam düşüncə yarada bilməz”.

Elm adamları astrologiyanı qəbul etmir, çünki onun iddiaları empirik sübutlarla və elmi metodologiya ilə dəstəklənmir. Astrologiya göy cisimlərinin insan həyatına təsir etdiyini iddia etsə də, bu təsiri sübut edən heç bir elmi əsas yoxdur. Əksinə, bir çox görkəmli alim astrologiyanı tənqid edib. Astrofizik, kosmoloq Carl Sagana (1934-1996) görə Astrologiya elmi metodla test edildikdə onun heç bir əsası olmadığı görünür: “İnsanların doğum zamanı Günəş və ulduzların mövqeyinin onların həyatına təsir etdiyini iddia etmək tamamilə əsassızdır”.  Sagan insanların astrologiyaya inanmasını psixoloji təsirlər və sosial ehtiyaclarla izah edirdi. Nəzəri fizik, kosmoloq Stephen Havkinq də (1942-2018) astrologiyanı keçmişin qalığı adlandırıb: “Elmi inqilabdan əvvəlki dövrə aiddir və heç bir elmi dəlilə əsaslanmır”. Havkinq astrologiyanı qədim dövrlərin mistik inancları kimi qiymətləndirirdi". /musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Mart 2025 02:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri