Icma.az
close
up
RU
Azərbaycanda universal gəlir tətbiq oluna bilər? KONKRET

Azərbaycanda universal gəlir tətbiq oluna bilər? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Süni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarı ilə bağlı yeni müzakirələr yaradıb. Bir çox ölkələrdə artıq avtomatlaşdırmanın bəzi peşələri sıradan çıxaracağı, nəticədə isə işsizliyə qarşı universal gəlir və sosial müavinət mexanizmlərinin tətbiqinin vacibliyi gündəmə gəlir.

Azərbaycanda da bu məsələ aktuallaşır: süni intellekt səbəbindən iş yerlərinin azalması fonunda dövlət tərəfindən işsizlərə universal gəlir və ya əlavə müavinət verilməsi tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ilk növbədə əmək münasibətlərində ciddi islahatlara ehtiyac var:

“Əmək Məcəlləsində sərt islahatlar və iş yerlərində ciddi yoxlamalar aparılmalıdır. Yeni sahibkar işçini istədiyi kimi çalışdırıb birbaşa işdən çıxara bilməz. Təbii ki, işçinin Əmək Müfəttişliyinə və məhkəməyə müraciət hüququ var. Amma işçi belə hallarla qarşılaşdıqda zaman itirməməlidir. O, yeni iş axtarsın, yoxsa dövlət qurumlarını və məhkəmələri gəzərək haqqını müdafiə etsin? Bu məsələ ciddi problem olaraq qalır.

Süni intellekt 100 faiz insan əməyini əvəz etmir. Müəyyən qədər yenə də insan əməyinə ehtiyac var. Əgər vətəndaş süni intellekt səbəbindən işdən çıxarılırsa, ona birdəfəlik kompensasiyanın verilməsi daha məqsədəuyğun hesab oluna bilər.

Bu halda işçilər tamamilə əmək bazarından kənarda qalmayacaq, yarımştat və ya saatlıq əməkhaqqı sistemi ilə fəaliyyətlərini davam etdirə biləcəklər”.

Günay Hüseynova əlavə edib ki, doğum səviyyəsinin aşağı olduğu ölkələrdə süni intellektin geniş yayılması sosial və iqtisadi problemləri daha da dərinləşdirə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri