Icma.az
close
up
RU
Azərbaycanda universitetə qəbul oldu, amma burada oxumaqdan imtina ETDİ

Azərbaycanda universitetə qəbul oldu, amma burada oxumaqdan imtina ETDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Novruz Əliyev Azərbaycanda keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə görə, Dövlət Neft və Sənaye Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olub. Amma o, təhsilini Türkiyədə davam etdirəcək:

“Təhsilimi Türkiyədə davam etdirməkdən ötəri xarici tələbələr üçün keçirilən imtahanda iştirak etdim. Həmin imtahanın nəticələrinə görə, bir neçə universitet təqaüdü qazanmışam. 

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Baş İdarəsi (YTB) ilə Bursa Uludağ Universitetində “Komputer elmləri” fakultəsindən, Karadeniz  Texniki Universitetində “Süni intellekt və məlumat mühəndisliyi”,  Muğla Sıtkı Koçman  Universitetində “Proqram yazılımı”  fakültəsinə qəbul olmuşam. Artıq seçimimi etmişəm. Karadeniz Texniki Universitetində oxuyacağam. Çünki “Süni intellekt və məlumat mühəndisliyi” (Yapay zeka ve veri mühendisiyi) ixtisası Azərbaycan üçün yenidir və bu ixtisas üzrə kadrlara ölkəmizdə ehtiyac var”.

Oxuduğu müddətdə məktəbinin qüruru oldu

Novruz Əliyev XI sinif buraxılış imtahanında 272.9 bal toplayaraq Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib: “IX sinif buraxılış imtahanlarında da 266.9 bal toplamışdım və bu nəticə məktəbimiz üzrə ən yüksək göstərici idi”.

Novruz Əliyevin bir neçə universitetə qəbul olunması təsadüf deyil. Onun hər uğurunun arxasında böyük zəhmət dayanır. Tam orta təhsil dövründə, sadəcə dərs proqramlarını öyrənib, ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmayıb, qətiyyətli bir şəkildə olimpiadalara da qatılıb. Riyaziyyat üzrə Respublika Fənn Olimpiadasında finala qədər yüksəlib: “Olimpiadalarda iştirak dünyagörüşümə, müstəqil fikir yürütmə bacarığıma, məntiqi təfəkkürümün inkişafına çox kömək etdi. Hətta yer tuta bilmədiyim yarışlardan belə nəsə qazanırdım”. 

Ən böyük qazancı beynəlxalq yarışlarda iştirak haqqıdır

Beləliklə, ölkə və beynəlxalq əhəmiyyətli bir çox yarışlarda uğur qazanıb. 

Novruz, sadəcə akademik göstəriciləri, məktəbdə davamiyyəti, nümunəvi davramışı ilə yox, fəallığı, sağlam həyat tərzi, idmana marağı ilə də seçilib və qiymətləndirilib: “Məktəb illərində karate ilə də məşğul olmuşam. İdmanı çox sevirəm. Son bir neçə ildə idmanda fəallığım azalsa da, həyatımdan çıxartmaq fikrim yoxdur”. 

Hədəfi Azərbaycanda süni intellektin inkişafına töhfə verməkdir

Gələcəyini süni intellektlə bağlamaq istəyən Novruz Əliyevin iddiası da arzuları qədər böyükdür: “Təbii ki, gələcəkdə bu ixtisas üzrə öz vətənimə və millətimə xidmət edəcəyəm. Bu ixtisasın Azərbaycanda inkişafına çalışacağam” (Azərbaycan müəllimi).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2025 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri