Icma.az
close
up
RU
Azərbaycanda utilizasiya prosesi hansı mərhələdədir? Müsbət rəy söyləməyə imkan vermir... EKSPERT

Azərbaycanda utilizasiya prosesi hansı mərhələdədir? Müsbət rəy söyləməyə imkan vermir... EKSPERT

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir. Statistikaya əsasən ölkədə 10 ildən çox yaşı olan avtomobillərin sayı 80% təşkil edir.

Bəs bu proses hazırda hansı mərhələdədir və nə vəd edir?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rövşən Həsənov Redaktor.az-a açıqlamasında bildirdi ki, utilizasiya prosesi aparıcı dövlətlərdə növbəli qaydada keçirilir:

"Aparıcı dövlətlər dedikdə məhz avtomobil istehsalçılarından söhbət gedir. Məsələn, İtaliya, Koreya, Almaniya, Amerika və bir sıra bənzər dövlətlər utilizasiya prosesi növbəli qaydada həyata keçirilir. Yəni nəqliyyat vasitəsi ilk olaraq  Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq desək, qeydiyyatdan çıxarılır, sonra nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilir. Utilizasiya dedikdə biz hal-hazırda Azərbaycanda fəaliyyət göstərən "Təmiz şəhər"i nəzərdə tuturuq və onun müqabilində sənəd verilir. Həmin sənəd əsasında daşınan nəqliyyat vasitəsinin sahibinin müəyyən güzəşt nəticəsində yeni nəqliyyat vasitəsini əldə etmək imkanı var".

Ekspertin sözlərinə görə, xarici təcrübədə bu, o qədər cəlbedici sayılır ki, daşınan əmlakın sahibi əziyyət çəkmir, heç bir problemlə rastlaşmır:

"Bu baxımdan daşınan əmlak sahibi hətta düşünür ki, tez-tez nəqliyyat vasitəsini yeniləsin. Ancaq real həyatda tam texniki baxımdan yararsız nəqliyyat vasitələrinin Azərbaycan yollarında fəaliyyəti bu barədə mənə əsas verə bilmir ki, digər dövlətlərlə müqayisədə müsbət bir rəy söyləyim".

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri