Azərbaycanda vahid maaş sistemi yaradılır Məmurların maaşı kəskin artacaq
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Azərbaycanda dövlət qurumlarında vəzifə tutan şəxslər üçün vahid maaş sistemi tətbiq olunacaq.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, yeni sistemin tətbiqi müxtəlif dövlət orqanları, nazirlik, komitə və s.-də çalışan vəzifəli şəxslərin maaşları arasında qeyri-bərabərliyin aradan qaldırılması, effektiv idarətmə və bacarıqlı kadrların irəli çəkilməsinin təşviq edilməsidir.
Qeyd olunur ki, ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri və s. vəzifələr tutan şəxslərin maaşları arasında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq. Hazırda maaşların çox yüksək olduğu bir neçə nazirlikdə şişirdilmiş məbləğlər aşağı salınacaq, maaşların az olduğu qurumlarda isə əksinə, artımlar olacaq. Son nəticədə əksər nazirliklərdə mövcud maaşların 30-40 faiz artacağı gözlənilir.
Yaxın vaxtlarda məsələ ilə bağlı müvafiq sənədin imzalanacağı bildirilir.
Azər, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















