Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb.
525.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.
Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi ilə bağlı məlumatları dərhal sistemə əlavə etməlidirlər.
"Artıq banklar sistemə inteqrasiya edilib. Bu ilin sonuna qədər ödəniş və elektron pul təşkilatları da sistemə inteqrasiya ediləcəklər. İnterqasiya işləri tamamlandıqdan sonra dərhal lazımi məlumatlar real vaxt rejimində sistemə daxil edəcək və bununla da vahid baza formalaşacaq. Nəticədə AMB valyuta ilə bağlı əməliyyatlara daha effektiv, daha səmərəli şəkildə nəzarət edə biləcək", - deyə AMB rəsmisi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 May 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















