Icma.az
close
up
RU
Azərbaycanda vərəm xəstələri evə buraxılır? İDDİA

Azərbaycanda vərəm xəstələri evə buraxılır? İDDİA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb.

Bunu Oxu.Az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər.

Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. İnstitutda aparılan müayinələrdən sonra ona "ciyər vərəmi, açıq stansiya" diaqnozu qoyulub. Xəstə bir ay reanimasiyada müalicə aldıqdan sonra açıq vərəm şöbəsinə palataya köçürülüb. Bu gün səhər saatlarında isə institutun Polad adlı həkimi xəstəyə bildirib ki, o, tam sağalmadığı halda evə buraxılır. Xəstə və onun yaxınları buna etiraz etsələr də, həkim onların etirazlarına məhəl qoymayıb.

Xəstənin yaxınları hesab edirlər ki, açıq vərəm xəstəsinin evə yazılması yolverilməzdir:

"Çünki həmin xəstə ətrafında hamını xəstələndirməyə qadirdir və bu xəstəlik çox asanlıqla - hava yolu ilə, bəlğəm, sidik və nəcis ifrazı ilə, qab-qacaq, hətta dəsmal və ya toxunduğu əşyalar vasitəsilə ətrafındakı şəxsləri yoluxdura bilir. Bu gün həmin həkimlə danışdıq. Həkimə dedik ki, onu xəstəxanadan buraxsanız, bu adam həm ailəsini, həm də ictimai nəqliyyatdan istifadə edərkən daha çox insanı yoluxduracaq. Amma həkim bizə məhəl qoymur".

Məsələ ilə bağlı açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva faktı təsdiqləyib. O bildirib ki, həqiqətən də adıçəkilən xəstə bir ay əvvəl institutun reanimasiya şöbəsinə yerləşdirilib:

"Həmin xəstə instituta kritik vəziyyətdə gətirilmişdi. Bir ay müalicə olundu, kliniki vəziyyətdən çıxarıldı. Hazırda palata şəraitində müalicə olunur və xəstəxanadan evə yazılmalıdır. Çünki bütün dünyada belədir, xəstə bir ay müalicə olunandan sonra xəstəxanadan çıxarılıb ev şəraitində müalicə almalıdır. Vərəm xəstəliyi müalicə ilə 6 aya sağalır. Həmin xəstəyə ev şəraitində qayğı lazımdır. Ona görə də həmin xəstəni evə yazırıq ki, yaxınları ona qayğı göstərsinlər. Yaxınları isə ona qayğı göstərmək istəmirlər, bizim isə bir aydan artıq həmin xəstəni saxlamaq imkanımız yoxdur. O, səfil həyatı yaşayan şəxsdir, yəqin qohumları da ona görə onu qəbul etmək istəmirlər. Xəstə əgər istəyərsə, qeydiyyatda olduğu aidiyyəti tibb müəssisəsinə müraciət edib təkrar müalicə kursu keçə bilər".

(Oxu)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri