Azərbaycanda vergi ödəyicilərinin sayı 1,7 milyonu ötüb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Bu ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 705 min 276 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 5 faiz, hüquqi şəxslərin sayı 6,1 faiz artıb.
May ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 208.315 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz çoxdur.
Cari ilin aprel ayında 1.341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,7 faizi yerli investisiyalı, 8,3 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 88,8 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – aprel aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.
2026-cı ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
Baxış sayı:111
Bu xəbər 18 May 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















