Azərbaycanda vergi orqanlarına müraciətlər apreldə 25 % dən çox azalıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Bu ilin aprel ayında Azərbaycanda vergi orqanlarına 37 341 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 % azdır.
525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərdən 95,5 %-i ərizə, 4,4 %-i şikayət, 0,1 %-i təklif olub.
Müraciətlərin 80 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 20 %-i isə hazırda icradadır. Onlardan 38-nin icrası nəzarətə götürülüb.
Baxılması başa çatdırılmış müraciətlərdən 65,6 %-i həll olunub, 33,1 %-i barədə müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 224 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu (borcun silinməsi, sərəncamın götürülməsi, borcun ödənilməsinə möhlət verilməsi) şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.
Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 86 vətəndaşı qəbul edlib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















