Azərbaycanda vəzifəli şəxsin MEYİTİ TAPILDI
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti aşkar edilib. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Vəzifəli şəxsin qardaşının meyiti TAPILDI
07 Mart 2025 01:13
Bakıda vəzifəli şəxsin hamamda MEYİTİ TAPILDI
23 Dekabr 2024 20:26
Kanalda batan şəxsin meyiti TAPILDI
16 Fevral 2025 15:18
Azərbaycanda vəzifəli şəxsin meyiti tapıldı
06 Dekabr 2024 22:18
İmişlidə itkin düşən şəxsin meyiti TAPILDI
19 Dekabr 2024 19:49

