Icma.az
close
up
RU
Azərbaycanda vəzifəli şəxslər Novruzu harada keçirəcək? Özləri AÇIQLADI

Azərbaycanda vəzifəli şəxslər Novruzu harada keçirəcək? Özləri AÇIQLADI

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabahdan Azərbaycanda 12 günlük bayram tətili başlayır. Sadə vətəndaşlar kimi Azərbaycanın yüksək vəzifəli məmurları da istirahət edənlər siyahısında olacaq. Azərbaycanda yüksək çinli məmurların harada istirahət edəcəyi həmişə böyük maraq doğurur.

Manset.az saytı bu səbəbdən yüksək çinli məmurlarla əlaqə saxlayaraq, onların harada istirahət edəcəyi ilə bağlı maraqlanıb. 

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov Novruz bayramını ailəsi ilə birlikdə qeyd edəcəyini bildirib:

"Hələlik planımız yoxdur. Həmin günü işdə olmasaq, ailəmizlə bir yerdə Azərbaycanda qeyd edəcəyik". 

Ağdan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov:

"Hal-hazırda Ağdamda quruculuq işləri aparılır. Bayramı da Ağdamda ailəmlə birlikdə qeyd edəcəm. Kişinin arvadı yanında olar". 

Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov:

"Novruz bayramı bizim ən əziz bayramlarımızdan biridir. Ailəm ilə birlikdə qeyd edəcəm". 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə bayramı Azərbaycanın ən gözəl guşələrindən olan Qaxda qeyd etməyi planlaşdırır. 

"Bilirsiniz ki, mən Qax rayonundanam. Novruz bayramını da Qaxda qeyd edəcəm". 

Bayramı regionlarımızda qeyd edən şəxslərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir. 

O bildirib ki, bayramı ərəfəsində rayonlarımızı gəzəcək:

"Novruz bayramını Azərbaycanın dilbər guşələrində keçirəcəm. Yəqin ki, Qəbələ, İsmayıllı, Şamaxıya, Şəkiyə gedəcəm". 

Milli bayramımızı regionlarda keçirəcək şəxslər sırasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevdə var. 

"Mən bayramı öz yurdumda-Balakəndə qeyd edəcəm. Balakən ən gözəl rayonlar sırasındadır. Balakəni qoyub heç yerə getmək olmaz". 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-polkovnik Arzu Rəhimov isə deyib ki, bayramı ailəsi ilə birlikdə qeyd edəcək: 

"Mən heç bir bayramı ailəmdən uzaqda olmuram. Çalışıram ailəmlə birlikdə qeyd edim". 

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin dini rəhbəri Sabir Həsənli isə bayramı Heydər məscidində qeyd edəcək. 

"Evdə ailəm ilə birlikdə qeyd edəcəm. Daha sonra işdə olacam. Burda da kollektiv ilə Novruz bayramını qeyd etməyə çalışacağıq".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri