Icma.az
close
up
RU
Azərbaycanda xərçəng reallığı: Rəqəmlər və acı hekayələr

Azərbaycanda xərçəng reallığı: Rəqəmlər və acı hekayələr

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda onkoloji xəstələrlə bağlı vəziyyət çox ağırdır. Say durmadan artır. Hər il 10000 adam onkoloji xəstəlikdən dünyasını dəyişir. (2023-cü ildə 9818 nəfər, 2024-cü ildə 9681 nəfər).

Bu sözləri Gununsesi.info-ya journalist Aytən Məmmədova deyib.

O bildirir ki, xərçəng xəstəliyinə yoluxanların sayı da sürətlə artır. Az qala, il ərzində 5 min nəfərə yaxın artım var. 2023-cü ildə qeydiyyatda olan xəstə sayı 69435 nəfər olub, 2024-cü ildə 73875-ə çatıb. Bunların əksəriyyəti kasıb adamlardır, keyfiyyətli kimyaterapiya almaq, başqa ölkəyə gedib yaxşı müalicə olunmaq kimi imkanları yoxdur. Onlar Bakıda – Onkologiya Mərkəzinin dəhlizlərində ağlaya-ağlaya gəzirlər. Əksəriyyətinin müayinələrə, kimyaterapiyalara, şüalara və s. ödəməyə gücü çatmır. Bu Mərkəzdə tələb olunan pullar bir yana, həkimlərin əksəriyyətinin davranışı da danışılası deyil. Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı. Elə qəzəblə, əda ilə davranırlar adamla. Onkologiya Mərkəzində son hadisədən sonra bir çox həkimlərin sosial şəbəkələrdə yazdıqlarını görürəm.

Jurnalist eyni zamanda deyib:

“Bir minnət qoyurlar, sanki havayı işləyirlər. Biri deyir, işləməyək, qoy qalsınlar, o biri yazır ki, heç vaxt ağır xəstə qəbul etmir, əməliyyat edib sağalda bilsə də. Sonra da deyirik, niyə səhiyyə sistemi bu vəziyyətdədir? Belə düşüncə sahiblərinin olduğu məkanlarda vəziyyət necə olmalıdır? Özünü qarşındakının yerinə qoyub, onun nə hiss etdiyini anlamaq çoxmu çətindir? Hər peşə özlüyündə vacibdir, müqəddəsdir. Həkimlik də, müəllimlik də, mühəndislik də… O aparatlar olmasa, həkimlər necə dəqiq diaqnoz qoyar? Müəllimlər olmasa, həkimlər necə yetişər? Azərbaycanda yaxşı həkimlər varmı? Əlbəttə ki, var. Təəssüf ki, onlar ın sayı azdır. İnsanlar da bundan əziyyət çəkir”.

Qeyd edək ki, ictimai-siyasi adamlardan Əvəz Zeynallıdan sonra hazırda həbsdə olan Aynur Elgünəşdə də xərçəng xəstəliyi aşkarlanıb. İctimai-siyasi şəxslər Əvəz Zeynallıya göstərilən humanizmin Aynur Elgünəşə də göstərilməyini Azərbaycan hökumətindən xahiş edirlər.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri