Icma.az
close
up
RU
Azərbaycanda yaşıl enerji ilə bağlı çoxlu işlər görülür EKOLOQ ŞƏRH ETDİ

Azərbaycanda yaşıl enerji ilə bağlı çoxlu işlər görülür EKOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycanın bəzi bölgələrində, şimal bölgəsində və Quba-Qusar zonasının düzənlik hissələrində geniş günəş panelləri quraşdırılıb. Amma bu panellər kənd təsərrüfatına yararlı torpaqların bir hissəsini tutur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, panellər 1-3 metr hündürlükdə quraşdırılsın ki, altından heyvandarlıq və əkinçilik üçün istifadə mümkün olsun: "Çünki Azərbaycanda adambaşına düşən torpaq sahəsi çox azdır.

Külək enerjisinə gəldikdə isə xüsusilə Abşeron yarımadası külək üçün əlverişli zonadır. Burada həm şimaldan, həm qərbdən gələn hava kütlələri külək turbinləri üçün əlverişlidir. Xəzərin 825 kilometrlik sahil zolağı enerjidən istifadə üçün böyük imkanlar yaradır.

Son olaraq, su ehtiyatlarından danışım. Azərbaycanda yaz və qış-yaz dövründə çoxlu yağıntılar olur. Bu dövrdə çaylarda axın güclənir. O suların qarşısını almaq üçün çayların üzərində su anbarları tikilməlidir. Məsələn, Axsu çayı üzərində 30 milyon kubmetrlik su anbarı planlaşdırılır. Yayda isə bu sular kənd təsərrüfatı üçün istifadə oluna bilər. Bəzi hallarda həmin sulardan enerji də almaq mümkündür. Bu sahələr kənd təsərrüfatının, xüsusən heyvandarlığın inkişafında çox vacibdir. Bu imkanlardan səmərəli istifadə olunmalıdır. Hələ də, bu alternativ enerji məsələsi, yaşıl enerjiyə keçid artıq bütün dünyada prioritetdir. Bütün dünya enerji ehtiyaclarını bu prinsip əsasında qarşılamağa çalışır. Burada ən vacib enerji növü günəş enerjisidir. Azərbaycanın yerləşdiyi mülayim iqlim qurşağının təxminən 35-45%-i ölkə ərazisinə düşür, digər hissəsi isə subtropik zonaya daxildir. Günəş enerjisi baxımından böyük potensialımız var.

Külək enerjisi baxımından da imkanlar genişdir – xüsusən Naxçıvan, Ceyrançöl, Samux-Dəvəçi kimi bölgələrdə, bu ərazilər Azərbaycanın 40%-ni təşkil edir. Bu yerlərdə kvadrat santimetrə 100-120 kilokalori enerji düşür. Bundan əlavə, su ehtiyatlarımız da var və onların hesabına hidroenerji almaq mümkündür. Külək enerjisi də mühümdür – Bakı küləkləri ilə tanınır, 30-40 ildə bir küləkli, sonra yağıntılı dövr olur.

Çoxsaylı enerji potensialımız var. Hazırda ölkənin bir neçə yerində, o cümlədən şimal bölgələrində və Quba-Xaçmaz zonasına yaxın ərazilərdə günəş panelləri quraşdırılıb. Suvarma məqsədilə də enerjidən istifadə olunacaq. Amma günəş panelləri torpaq sahələrini azaldır. Bu, yemçilik və heyvandarlıq üçün problemdir. Ona görə yaxşı olardı ki, panellər 1-3 metr hündürlükdə yerləşdirilsin ki, alt sahədən də istifadə mümkün olsun.
Torpaq ehtiyatına görə adam başına düşən sahə az olduğundan bu vacibdir. Külək enerjisi üçün də Apşeron yarımadası əlverişlidir – Şimaldan və Qərbdən gələn hava axınları küləkləri yaradır. Xəzərin sahili də 825 km uzunluğundadır – bu enerji üçün istifadə oluna bilər.

Digər vacib məqam isə su ehtiyatlarıdır. Yaz və qış-yaz keçid dövrü ən çox yağıntılı dövrdür. Bu zaman axan suları su anbarlarında toplamaq lazımdır. Məsələn, Axçıçay üzərində 30 milyon kub metrlik su anbarı tikilməsi planlaşdırılır. Bu kimi çaylarda toplanan su yayda kənd təsərrüfatı üçün istifadə edilə bilər. Enerji üçün də istifadə edilə bilər, bu texniki məsələdir. Bu su ehtiyatları kənd təsərrüfatı, heyvandarlıq və yemçilik üçün çox vacibdir. Onlardan səmərəli istifadə etməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri