Icma.az
close
up
RU
Azərbaycanda Yaşıl xərcləmə meyarından istifadə olunması təklif edilir

Azərbaycanda Yaşıl xərcləmə meyarından istifadə olunması təklif edilir

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda "Yaşıl xərcləmə" meyarından istifadə olunması təklif edilir

Azərbaycanda "Yaşıl xərcləmə" meyarından istifadə olunması büdcə xərcləmələrinin səmərəliliyinin qiymətləndirilməsi baxımından vacib amil olacaq.

Sonxeber.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında – "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn ilin dövlət büdcəsində həm "yaşıl iqtisadiyyat"a, həm də ətraf mühitə ayrılacaq vəsait ayrıca qiymətləndirilib və öz əksini tapıb. Bütün bunlarla yanaşı, təklif edərdim ki, "yaşıl xərcləmə" meyarından da istifadə olunsun. Bu, risklərin daha konkret və ölçüləbilən olması üçün mühüm əhəmiyyət kəsb edir", - o vurğulayıb.

Deputatın sözlərinə görə, iqtisadi proqnozlaşdırmada daha yeni metodlardan istifadə edilməsinə ehtiyac var: "2025-ci ildə makroiqtisadi stabillik qorunub saxlanacaq və bu, kifayət qədər müsbət amildir. 2017-ci ildən milli valyutanın məzənnəsinin stabilliyinin qorunub saxlanmasını müşahidə edirik. Bununla belə, nominal və real effektiv məzənnələrdəki dəyişikliklərin və onların qeyri-neft ixracına təsirinin ayrıca qiymətləndirilməsi olduqca vacibdir".

"Fiskal və iqtisadi siyasətin tam uyğunlaşdırılmasının və bunun xüsusən valyuta bazarındakı tarazlığa təsirinin qiymətləndirilməsinə ehtiyac var. 2024-cü ilin geridə qalan aylarında dövriyyədə olan nağd pulun artımı müşahidə olunub", - deyə deputat əlavə edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 25 Noyabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri