Icma.az
close
up
RU
Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi mövzusunda təlimlərə başlanılır

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi mövzusunda təlimlərə başlanılır

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 11-də Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərin açılış sessiyası keçirilib. Tədbirdə Azərbaycanda Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatları çərçivəsində görülmüş işlər, bu sahədə beynəlxalq əməkdaşlıq, islahatların gələcəyi ilə bağlı atılacaq növbəti addımlar, habelə yeni büdcə mexanizminin tətbiqi üçün potensialın artırılması məqsədilə təşkil ediləcək təlimlər barədə çıxış və təqdimatlar olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Hesablama Palatasının, nazirliklərin, komitə və digər dövlət qurumlarının, habelə beynəlxalq maliyyə institutlarının nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin direktoru İlham Kərimov islahatların tarixçəsi, görülmüş işlər barədə məlumat verib, nəticəəsaslı büdcə mexanizminin fiskal tənzimləmə aləti kimi əhəmiyyətini vurğulayıb.

İsveçrənin Regional Əməkdaşlıq Ofisinin rəhbərinin müavini Guy Bonvin və Dünya Bankının Azərbaycan üzrə Meneceri Stefanie Stallmeister isə öz çıxışlarında “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsinin dövlət maliyyəsinin idarəolunmasına verdiyi töhfədən bəhs ediblər və növbəti dəstək tədbirlərinin bu islahatları daha da sürətləndirəcəyini qeyd ediblər.

Tədbirdə Dünya Bankının ekspertləri OMXÇ-nin və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı beynəlxalq təcrübə barədə, Maliyyə Nazirliyinin əməkdaşları isə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatların mövcud vəziyyəti, təkmilləşdirilmiş hüquqi və institutsional çərçivəsi, habelə nəticəəsaslı büdcə mexanizminin tətbiqinin prosessual əsasları və islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatlarda potensialın artırılması məqsədilə təşkil ediləcək nəzəri-metodoloji və praktiki təlimlərin təşkili barədə təqdimatlarla çıxış ediblər.

Açılış sessiyasının davamı olaraq, islahatlara cəlb edilmiş sektorlarda fəaliyyət göstərən təşkilatların nümayəndələri üçün Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin təlimçi qrupu tərəfindən cari ilin 17-28 fevral tarixlərində nəzəri-metodoloji əsaslı ümumi tədris proqramı üzrə təlimlərin, cari ilin aprel-iyun aylarında isə Dünya Bankının ekspertləri tərəfindən praktiki ixtisaslaşdırılmış xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Fevral 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri