Azərbaycanda yeni dələduzluq növü yayılıb
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Xalça Plus” xalça yuma şirkətinin xidmətindən narazılıqlar getdikcə artır.
“Yeni Sabah” xəbər verir ki, Elnurə Yusifova adlı vətəndaş redaksiyamıza müraciət edərək “Xalça Plus” şirkətindən şikayətlənib.
O bildirib ki, avqustun 27-də şirkətin əməkdaşları ondan 6 xalça götürüb və yuma haqqını əvvəlcədən alıblar. Müştəriyə bununla bağlı qəbz də təqdim edilib. Lakin iddiaya görə, üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, xalçalar hələ də sahibinə qaytarılmayıb. Toyuqlu pizza
Şikayətçinin sözlərinə görə, xalçaların ümumi dəyəri təxminən 700 manatdır. O bildirib ki, xalçaların 4-ü qızına məxsus cehizlik əşyalardır. Digər 2 xalçadan biri bacısına, digəri isə özünə aiddir.
E. Yusifova qeyd edib ki, ailəsi uzun illərdir müxtəlif xalça yuma şirkətlərinin xidmətindən istifadə edir:
“Biz təkcə bu şirkətlə deyil, bir neçə şirkətlə illərdir işləyirik. Xalçalarımızı aparıblar, amma heç vaxt bizdən nə maşının nömrəsini götürüblər, nə də əvvəlcədən pul istəyiblər. Xalça Plus isə bizdən əvvəlcədən yuma haqqı istədi. Bu da məndə müəyyən şübhə yaratdı. Düşündüm ki, görəsən, bunlar da belə işləyirlər? Biz neçə şirkətlə işləmişik, illərdir xalçalarımızı müxtəlif yerlərdə yuduzdururuq. Hansında endirim olursa, ona müraciət edirik.
“Xalça Plus” bizi belə aldatdı. Dedilər ki, bir həftəyə xalçaları gətirəcəyik. Bir həftə keçdi, sonra növbəti həftənin sonuna qədər gətirəcəklərini dedilər. Daha sonra yenə bir həftə gözləməyimizi istədilər. Sonra dedilər ki, hələ bir ay tamam olmayıb, xalçalar çoxdur, bir az da gözləyin, bu həftənin sonuna qədər gətirəcəyik. Həftənin sonu oldu, amma xalçalarımız yenə gəlmədi. Telefonlarımıza cavab vermirlər. Başqa nömrələrdən zəng edirik, yazırıq, amma heç bir xəbər yoxdur. Sanki xalçalar yoxa çıxıb”.
“Yeni Sabah” olaraq məsələyə münasibət öyrənmək üçün “Xalça Plus” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin əlaqə nömrələrinə zənglərimizə cavab verilmədi, göndərdiyimiz mesajlar da cavabsız qaldı.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən şirkətlə bağlı onlarla vətəndaş şikayəti var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















