Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşib.
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara təklif olunan dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, avtonom nəqliyyat vasitəsinin operatoru yalnız şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərə bilər.
Məhz bu çərçivədə avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi də müəyyənləşir.
Belə ki, şəhadətnamə almaq istəyən şəxs 20 manat məbləğində rüsum ödəməlidir.
Qeyd edək ki, şəhadətnamə 5 il müddətinə veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 03 Avqust 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















