Azərbaycanda yeni kilsə Bakı ofisi AÇILIR
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda rəsmi qeydiyyata alınıb.
Modern.az-ın məlumatına görə, bu gün kilsənin Bakı ofisinin açılışı keçiriləcək.
Kilsə nümayəndələri hazırda Bakıdadır və Prezident İlham Əliyev onları qəbul edib.
Nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildirlər.
Qeyd edək ki, kilsənin əsası ABŞ-da 1830-cu ildə Cozef Smit tərəfindən qoyulub.
Baxış sayı:31
Bu xəbər 13 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















