Icma.az
close
up
RU
Azərbaycanda yeni pensiya modeli gündəmdə ARAŞDIRMA

Azərbaycanda yeni pensiya modeli gündəmdə ARAŞDIRMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özəl pensiya fondlarının yaradılması, ailə başçısının vəfatından sonra pensiya kapitalının ailə üzvlərinə ödənilməsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Demokrat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın parlamentin plenar iclasında pensiyada varislik məsələsi ilə bağlı səsləndirdiyi fikirlər uzun müddətdir ki müzakirə olunan, səngiyən, yenidən gündəmə gələn məsələ ətrafında hansı addımların atılmalı olduğuna diqqət yönəldib. Deputat məsələnin cəmiyyətin əsas gözləntilərindən biri olduğunu vurğulayaraq, pensiya təminatı sahəsində islahatlara ehtiyac olduğunu qeyd edib:
"Ailənin tək işləyən üzvü uzun illər ərzində sığorta haqqı ödəsə də, pensiya yaşına çatmadan vəfat etdikdə onun ailəsi ciddi sosial çətinliklərlə üzləşir: "Bu cür halların qarşısını almaq üçün sistemli yanaşmaya və beynəlxalq təcrübəyə uyğun addımlara ehtiyac duyulur". Millət vəkili qeyd edib ki, özəl sektorda çalışanlar arasında bu sahədə aydınlıq və sabitlik istəyi artmaqdadır. Bu istiqamətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı pilot layihələrin həyata keçirilməsi məsələyə müsbət təsir edə bilər. Bu yanaşma, vətəndaşların daha çox stimullaşaraq pensiya sisteminə vəsait ödəməsinə də yol aça bilər.
Hüquqi baza formalaşdırılmalıdır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov da özəl pensiya fondlarının yaradılmasını aktual məsələ hesab edir: "Belə fondlar yaradılarsa, vətəndaşlara pensiya kapitalının yığılmasında alternativlər təklif olunacaq. Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin dəqiq çərçivələri məlumdur. Yəni pensiya kapitalı yığılır və vətəndaşın pensiya hüququ yarananda həmin kapitala uyğun şəkildə pensiya təyin olunaraq ödənişlər həyata keçirilir. Özəl pensiya fondları isə vətəndaşlara alternativlər təklif edə bilər. Bu alternativlər müəyyən yaş həddindən sonra vətəndaşın hesabında yığılmış kapitalı bir yerdə alınaraq hər hansı bir investisiya layihəsinə yerləşdirmək imkanı verilə bilər. Bu da müəyyən yaş həddində olan şəxsin birdəfəlik olaraq böyük bir məbləği əldə etməsinə və istədiyi istiqamətdə xərcləməsinə imkanın yaradılması deməkdir".
"Başqa ölkələrdəki fondların fəaliyyətini dəqiq öyrənməliyik"
Deputatın fikrincə, özəl pensiya fondları həm də pensiya kapitalını yığmış şəxs vaxtından əvvəl dünyasını dəyişərsə, yığılmış kapitalı onun vərəsələrinə qaytarmaq məsələsini də həll edə bilər: "Təbii ki, özəl pensiya fondları Dövlət Sosial Müdafiə Fondu ilə paralel fəaliyyət göstərməlidir. Çünki Dövlət Sosial Müdafiə Fondu hər bir vətəndaşın sosial müdafiəsinin təminatçısıdır.
Özəl pensiya fondları inkişaf etmiş ölkələrdə fəaliyyət göstərir. Düşünürəm ki, biz həmin ölkələrdəki fondların fəaliyyətini dəqiq öyrənməliyik. Əlbəttə ki, özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazası da yaradılmalıdır".
Gizli iqtisadiyyatdan çıxış yolu
İqtisadçı Fuad İbrahimov hesab edir ki, özəl pensiya fondlarının yaradılması nəzəri olaraq mümkündür. Ancaq bunun üçün hazırkı qanunvericilik bazasına əl gəzdirilməlidir: "Bunu həyata keçirmək üçün Azərbaycanın kifayət qədər maddi dayanıqlığı var. Sağlam iqtisadiyyatda və münasibətlərdə bunu etmək mümkündür". İqtisadçı bildirir ki, ilk növbədə özəl fondların yaradılması prosesi həyata keçirilməlidir: "Sonra həmin özəl fondlar üçün mütləq şəkildə münbit mühit formalaşdırılmalıdır. Pul dövr etməli və qazancın üstünə qazanc gətirməlidir ki, zamanı gələndə insanların pulu verilə bilsin". İqtisadçı qeyd edir ki, müəyyən dövrdən sonra yığılan vəsaitin vətəndaşın özünə verilməsi də indiki qanunvericilik bazası ilə mümkün deyil: "Amma düşünürəm ki, hökumət dəyişikliklər etməklə bu istiqamətdə addım ata bilər. Burada əsas məsələ dövlətin maddi durumudur". F.İbrahimovun fikrincə, özəl pensiya fondları yaradılarsa, hər bir vətəndaş fəaliyyətini rəsmiləşdirməkdə maraqlı olacaq: "Vətəndaş görsə ki, hökumət pensiya kapitalında yığılmış vəsaiti onun özünə və ya dünyasını dəyişəndən sonra ailəsinə vermə imkanları yaradır, onda çalışacaq ki, fəaliyyətini rəsmiləşdirsin. Amma vətəndaş görəndə ki, məsələn, atası 50-60 il işləyib, amma pensiya yaşına çatmamış dünyasını dəyişib, pensiya kapitalında yığılan pula da əli çatmır, onda fəaliyyətinin rəsmiləşməsinə, sosial ödənişlərin edilməsinə mənfi yanaşacaq. Söhbət sosialyönümlü dövlətdən gedirsə, bu addımı atmaq, insanlarda bu məsələyə maraq yaratmaq lazımdır".
Özəl pensiya fondları əksər Avropa ölkələrində mövcuddur
Qeyd edək ki, özəl pensiya fondları əksər inkişaf etmiş ölkələrdə mövcuddur. Məsələn, Böyük Britaniyada müstəqil investisiya qoyuluşuna imkan verən SIPP kimi özəl pensiya sistemi var.
ABŞ-də dövlət və özəl pensiya sistemlərinin kombinasiyası mövcuddur. İsveçdə dövlət və özəl pensiya sistemləri fərqli şəkildə fəaliyyət göstərə bilər.
Sinqapurda da həm dövlət, həm də özəl pensiya sistemləri inkişaf edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Noyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri