Icma.az
close
up
RU
Azərbaycanda yeni qərar: artıq bu araqları tapa bilməyəcəksiniz

Azərbaycanda yeni qərar: artıq bu araqları tapa bilməyəcəksiniz

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda alkoqollu içkilər üçün minimum satış qiyməti müəyyən edilib. Yeni qaydalara əsasən, 0.5 litrlik içkilərin qiyməti ən azı 9.50, 0.7 litrliklərin 12.42, 1 litrliklərin isə 16.73 manat olmalıdır. 

Qərar alkoqollu içkilərin bazar tələbi və istehlak vərdişlərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, qiymət artımı bazar tələbinə birbaşa təsir göstərir:

“Alkoqol üçün tələbin elastikliyi adətən aşağı olur, yəni insanlar asanlıqla imtina etmir. Amma gənclər və aşağı gəlirli qruplar bu dəyişikliklərə daha həssasdır. Aşağı qiymətli seqmentdə (ucuz araq, ucuz şərablar) satış azalacaq. Orta və yüksək seqmentlərdə isə satış sabit qalacaq və ya az fərqlənəcək. Ümumi bazar həcmi qısamüddətli dövrdə 5-10% azalacaq. Əgər hazırda bazarda 0.5 litrlik araqlar 6-7 manat səviyyəsində satılırdısa, yeni qayda bu seqmenti bazardan çıxaracaq. Bu, həm kiçik yerli istehsalçılara təzyiq yaradacaq. Leqal bazarda, xüsusən də gündəlik istehlak edənlər arasında alkoqol istifadəsi bir qədər azalacaq. Qeyri-leqal bazarda nəzarət mexanizmləri zəif olsa, evdə hazırlanan və ya qeyri-rəsmi satılan məhsulların payı arta bilər”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Şotlandiyada 2018-ci ildən bəri minimum alkoqol qiyməti tətbiq olunur:

“Nəticədə 2 ildə spirt istehlakı 7% azalıb, amma gəlir baxımından fərqli sosial təbəqələrdə təsir qeyri-bərabər olub. Litvada və Estoniyada oxşar siyasətlər ilkin mərhələdə istehlakı azaltsa da, sərhəd ticarətini artırıb. Azərbaycanda da qısamüddətli dövrdə satış azalacaq, istehsalçılar qiymətləri tənzimləyəcək. Ortamüddətli dövrdə bazarda keyfiyyətsiz və ucuz məhsullar sıradan çıxacaq, daha “markalı” içkilərin payı artacaq. Uzunmüddətli dövrdə isə əgər nəzarət mexanizmləri güclü olsa, həm dövlət gəlirləri (vergilər), həm də ictimai sağlamlıq göstəriciləri yaxşılaşa bilər. Fikrimcə, bu qərar alkoqol asılılığı və həddindən artıq istehlakını müəyyən qədər azaldacaq”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri