Azərbaycanda yeni rüsum TƏTBİQ OLUNACAQ
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) şəhadətnamə aldıqdan sonra Avtonom nəqliyyat vasitəsinin operator qismində fəaliyyət göstərə bilər.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında”qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün şəhadətnamələr 5 il müddətinə veriləcək.Operator bu müddətin bitməsinə 30 (otuz) gün qalanadək yeni şəhadətnamənin alınması üçün bu Qanunun 15-1-ci maddəsinə uyğun olaraq yenidən müraciət etməlidir.
Bundan əlavə, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə dövlət rüsumunun məbləği bəlli olub.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu tutulacaq.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:135
Bu xəbər 04 İyun 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















