Icma.az
close
up
RU
Azərbaycanda yeni zavodun tikiləcəyi yer və istifadəyə veriləcəyi tarix bəlli oldu

Azərbaycanda yeni zavodun tikiləcəyi yer və istifadəyə veriləcəyi tarix bəlli oldu

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qazaxıstanın "Fonte GreenMet Investments Fund" şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik iki milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarəedilməsi təmin olunacaq".

Oxu.Az xəbər verir ki, bunu "Daşkəsən Dəmir Filiz" MMC-nin baş direktoru Ceyhun Əliyev bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.

O bildirib ki, zavod Şəmkir rayonunda inşa ediləcək:

"Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi töhfə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir".

"Qeyd edim ki, HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya - ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün istehsalatda təbii qaz əvəzinə hidrogenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır.

Bu strateji əməkdaşlıq Azərbaycan-Qazaxıstan münasibətlərinin metallurji sənaye sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir. "Daşkəsən Dəmir Filiz" MMC adından bildirirəm ki, biz bu layihəni ən yüksək standartlarla həyata keçirmək, Azərbaycanın sənaye gücünü və ixrac potensialını daha da artırmaq əzmindəyik", - deyə baş direktor fikirlərini sonlandırıb.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri