Azərbaycanda yeniyetmə övladlarına təcavüz edən ata AĞIR CƏZA aldı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycanda rayonların birində 15 yaşlı doğma qızı və onun 13 yaşlı ögey bacısına təcavüz edən 50 yaşlı Fərhad Rizvanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, dəhşətli hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, iki yeniyetməyə qarşı əxlaqsızlıq edən ailə başçısı 18 il müddətinə azadlıqdan məhrum edilib.
Tükürpərdən hadisə zamanı Fərhad Rizvanov hər iki yeniyetməni ölümlə hədələyərək öz çirkin əməlinə məcbur edib. Fərhad Rizvanov hətta bir yeniyetməyə təcavüz edərkən digərindən onları izləməsini, əks halda öldürəcəyini bildirib. Doğma qızı Fərhada ata olduğunu xatırladıb əxlaqsız hərəkətlərinə son qoymasını tələb edərək müqavimət göstərməyə çalışsa da, valideyni ona zor tətbiq edib.
O da məlum olub ki, Fərhad yeniyetmələrdən evdə olan zaman makiyaj edib bəzənmələrini tələb edib.
Cinayət hadisəsinin üstü isə Rizvanın ögey bacısının polisə 2025-ci ilin yanvarında ərizə yazmasından sonra açılıb.
Qeyd edək ki, Fərhad Rizvanov Cinayət Məcəlləsinin 149.2-1.1, 150.2.5, 150.2-1.1, 153.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsirli bilinib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Baxış sayı:84
Bu xəbər 30 Dekabr 2025 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















