Icma.az
close
up
RU
Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin ölkədə ilk dəfə olaraq yetişdirdiyi samuray arılarının ilk partiyası Zaqatala rayonunda təbiətə buraxılıb.

525.az bu barədə nazirliyə istinadən xəbər veriur.

Məlumata görə, "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aqrar sahədə bioloji mübarizə tədbirləri genişləndirilir. Samuray arıları nazirliyin təşkiltçıllığı, BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) dəstəyi ilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilib.

Aqrar Xidmətlər Agentliyi qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə tədbirlərinin ilk mərhələsinə iyulun əvvəlində Türkiyədən gətirilən 20 min samuray arısı ilə start verib. Gətirilən həşəratlardan 120-si istehsal məqsədilə Agentliyin bioloji agentlərin istehsalı laboratoriyasında saxlanılıb və təbiətdən toplanmış qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Nəticədə qısa müddət ərzində laboratoriya şəraitində 3 min samuray arısı yetişdirilib.

Buraxılışlar zərərvericinin yayılma arealı, aparılan monitorinqlərin nəticələri və yerli təsərrüfatların ehtiyacları nəzərə alınmaqla təşkil olunub. Təbiətə buraxılan samuray arılarının əsas məqsədi ilk öncə samuray arılarının təbii arealda yayılmasını təmin etmək və tədricən qəhvəyi mərmər bağacığının sayının azalmasına nail olmaq və onun sürətli çoxalmasının qarşısını almaqdır. Bu istiqamətdə aparılan tədbirlər kənd təsərrüfatı məhsullarının sağlam şəkildə istehsalına, ətraf mühitin qorunmasına və kimyəvi mübarizə vasitələrindən istifadənin minimuma endirilməsinə xidmət edir.

Mütəxəssislərin iştirakı ilə həyata keçirilən bu tədbirlər nəticəsində bioloji mübarizə imkanlarının daha da genişləndirilməsi və yerli şəraitə uyğun effektiv metodların tətbiqi nəzərdə tutulur. Məlum olduğu kimi, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə ciddi zərər vura bilən zərərvericilərdən biridir. Bu zərərvericiyə qarşı ekoloji baxımdan daha təhlükəsiz və səmərəli mübarizə üsullarından biri də təbii düşmənlərdən istifadə edilməklə aparılan bioloji mübarizədir.

Samuray arılarının tətbiqi qəhvəyi mərmər bağacığının yumurtalarının təbii şəkildə parazitləşdirilməsi prinsipi əsasında həyata keçirilir. Faydalı həşəratlar zərərvericinin yumurtalarını məhv edib onun çoxalmasının qarşısını alır, populyasiyasını azaldır, kimyəvi pestisidlərdən istifadənin minimuma endirilməsinə töhfə verir. Bu bioloji mübarizə üsulu ekoloji cəhətdən təhlükəsiz və davamlı olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin qorunmasında effektiv vasitə hesab olunur. Samuray arılarının sahələrə buraxılması zərərvericinin yayılma vəziyyəti və aparılan monitorinqlərin nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri