Azərbaycanda yetişən bu meyvə xaricdən gətirilənlərdən 2 dəfə baha satılır
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bazarlarda bəzi meyvələrin, xüsusilə armud kimi məhsulların qiymətinin artması alıcılar arasında narazılıq doğurur. Bəzi hallarda bir ədəd meyvənin belə yüksək qiymətə satılması sağlam qidalanmanın əlçatanlığı məsələsini gündəmə gətirir. Bu bahalaşmanın arxasında istehsal xərclərinin artması, mövsümi amillər və logistika problemləri dayanır. Eyni zamanda, yerli istehsalın tələbatı tam qarşılaya bilməməsi də qiymətlərin yüksəlməsinə təsir edən əsas faktorlar sırasındadır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, meyvələrin, xüsusilə də alma, armudun və digərlərin bazarda yüksək qiymətə satılması təkcə istehlakçı narazılığı yaratmır, həm də iqtisadi proseslərin birbaşa əksidir.
"Qiymətlərin qalxmasının əsas səbəblərindən biri təklif və tələb arasındakı uyğunsuzluqdur. Əgər müəyyən bir dövrdə məhsul bol olmursa, məsələn, hava şəraiti əlverişsizdirsə, məhsulun qiyməti təbii olaraq yüksəlir. Digər tərəfdən, idxal və yerli istehsalın maliyyət strukturu da qiymətlərin formalaşmasına təsir göstərir. Yanacaq, gübrə, suvarma və əmək xərcləri artdıqca, fermerlər məhsulu daha yüksək qiymətə satmağa məcbur olurlar, çünki aşağı qiymət istehsalın rentabelliyini təmin etmir. Eyni zamanda logistika məsələləri məhsulun bazara çatdırılması, saxlanması və itkilərin minimuma endirilməsi qiymətlərin üzərində əlavə təzyiq yaradır".

Ekspert bildirib ki, sağlam qidaların getdikcə əlçatmaz olmasının daha geniş səbəbləri isə həm qlobal, həm də lokal səviyyədədir.
"Qlobal bazarlarda enerji və ərzaq qiymətlərinin artması, iqlim dəyişikliyi və qeyri-sabit hava şəraiti yerli istehsalın məhsuldarlığını aşağı salır. Yerli istehsalın tələbatı ödəməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri də fermerlərin uzunmüddətli investisiyalara çıxış imkanlarının məhdud olmasıdır; suvarma sistemləri, modern texnika və toxum təminatı kimi amillər yetərli səviyyədə inkişaf etmədikdə məhsul həcmində ciddi artım mümkün olmur. Bundan başqa, kənd təsərrüfatında planlaşdırma və bazar proqnozlaşdırılması zəif olduqda istehsal tələbi qarşılamır, nəticədə mövsümi qiymət sıçrayışları baş verir".
Onun sözlərinə görə, qiymətlərin yüksəkliyi həm təklif-tələb tarazlığının pozulması, həm istehsal və logistika xərclərinin artması, həm də uzunmüddətli investisiya və infrastruktur çatışmazlığı ilə bağlıdır. Bu proseslər sağlam qidaları daha az əlçatan edir və yerli istehsalın bazarın artan tələbatına cavab verməsini çətinləşdirir.
Qeyd edək ki, armud hazırda bazarlarda kiloqramı 5,50 qəpiyə təklif olunur.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda yetişən meyvə xəstəliklərdən qoruyur
21 Noyabr 2025 08:54
Azərbaycanda yetişən bu meyvə koronavirusdan da qoruyurmuş. FAYDALARI
15 Noyabr 2024 18:06
Azərbaycanda 2 milyona otel satılır
27 Avqust 2025 18:30
Xaricdən gətirilən ət Azərbaycanda neçəyə satılır? VİDEO
08 Oktyabr 2025 07:36
Baxış sayı:104
Bu xəbər 02 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları