Icma.az
close
up
RU
Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir

Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda, xüsusilə Abşeron yarımadasında yetişdirilən keçibuynuzu (harnup) və ondan hazırlanan bəhməz uzun illərdir yerli mətbəxdə və xalq təbabətində istifadə olunur. Ölkəmizdə yetişdirilsə belə, bu bitki geniş sənaye miqyasında becərilmir, lakin qardaş Türkiyə keçibuynuzu istehsalı və ixracında regionun əsas ölkələrindən biridir. Məhz bu məhsula Avropa bazarında artan maraq Türkiyə istehsalçıları üçün yeni imkanlar yaradıb.

Hurriyyet.Media  xəbər verir ki, bu bitki son illərdə Avropa bazarında daha böyük maraq görür. Xüsusilə Fransada bu məhsula tələbat sürətlə artır.

İstehsalçılar bildirirlər ki, Türkiyədə yetişdirilən keçibuynuzunun böyük hissəsi emal olunaraq xaricə göndərilir və ən böyük alıcılardan biri Fransadır. Məlumata görə, Türkiyədə istehsal olunan keçibuynuzu əsasən Mersin və Antalya bölgələrində yetişdirilir. Məhsulun əhəmiyyətli hissəsi Fransa başda olmaqla Avropa ölkələrinə ixrac edilir. İstehsalçılar bildirirlər ki, Fransa bazarında həm keçibuynuzu meyvəsinə, həm də ondan hazırlanan un, bəkməz və digər məhsullara maraq ildən-ilə artır.

Mütəxəssislərin sözlərinə görə, keçibuynuzu yüksək lif tərkibi, təbii şəkəri və antioksidantları ilə seçildiyi üçün sağlam qidalanmaya üstünlük verən istehlakçılar tərəfindən daha çox seçilir. Məhsul qənnadı sənayesində, içkilərin hazırlanmasında və qlütensiz qida məhsullarının istehsalında da geniş istifadə olunur.

Sektor nümayəndələri bildirirlər ki, Avropadan gələn yüksək tələbat ixracın artmasına şərait yaradıb. Bununla yanaşı, Yaxın Şərq və Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Onların sözlərinə görə, keçibuynuzunun emal olunmuş məhsullarının ixracı əlavə gəlir yaratdığı üçün gələcəkdə bu sahəyə investisiyaların artırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri