Azərbaycanda yoldan keçən şəxsi su istədiyinə görə döydülər
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göygöl rayonunda 2003-cü il təvəllüdlü Sərdar həmkəndlisi Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 9-da rayonun kəndlərindən birində baş verib. Sərdar həmin gün saat 15 radələrində kənd yaxınlığında yerləşən meşə ərazisində həmkəndlisi Abbasa bundan əvvəlki günlərin birində onun qohumu Müslümü döyməsini bildirməsi səbəbindən mübahisə edib.
Şəxsi münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisə zamanı Abbasdan qisas almaq niyyətilə onun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə əl və ayaq zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə Göygöl rayonunun kəndində baş verib:
“Mən, dayım, dayımın oğlu və Mahmud qoyun otarmaq üçün həmin əraziyə getdik. Yemək yeyən zaman tanımadığım bir nəfər yaxınlaşaraq bizdən su istədi. Mən isə zarafatla “Su nədir, gəl otur, araq içək” dedim. O isə cavab verdi ki, xəstə olduğu üçün içki içmir və sadəcə su istəyir. Lakin həmin vaxt yanımızda su olmayıb. Daha sonra Abbas adında şəxs bizə gördü və dağın yuxarı hissəsinə qalxmağa başladı. Mən içkili vəziyyətdə olduğum üçün Abbas ilə dayımın arasında əvvəllər yaşanmış mübahisəni, onun dayımı döyməsini xatırladım. Bu səbəbdən Abbasın yanına getdim və dayımı niyə vurduğunu soruşdum. Abbas isə bu məsələnin onunla bağlı olmadığını dedi, sonra isə barışdıqlarını bildirdi. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Abbas ifadəsində göstərib ki, saatlarında yeznəsi ilə birlikdə yolotu yığmaq məqsədilə dağa gediblər: “İşimizi bitirdikdən sonra kəndə qayıdan zaman kəndə çatmamış, yaxınlıqdakı meşəlik ərazidə Sərdargilin yemək yediyini gördük. Yeznəm ürək problemi olduğu üçün onlara yaxınlaşaraq su istədi. Onlar isə su olmadığını bildirdilər. Bu zaman Sərdar məndən dayısı ilə niyə dalaşdığımı soruşdu. Mən isə dalaşdığımızı, sonra da barışdığımızı, onluq bir şey olmadığını bildirdim. Bu sözlərimdən sonra Sərdar gözlənilmədən sifətimə bir dəfə yumruq atdı. Mən əlimi üzümə tutaraq özümü qorumağa çalışdım və əyildim ki, zərbələrdən qorunum. Hadisədən sonra sakitləşərək evə gəldim. Sifətimdə və başımda güclü ağrılar hiss etdiyim üçün xəstəxanaya getdim”.
Həmçinin oxu:
Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır
Nə mal, nə qoyun: Ən sağlam ət növü budur
Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçir
Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin barəsində heç bir şikayəti olmadığını bildirib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda toyda oynamaq istəyən şəxsi döydülər Açıqlama
25 Avqust 2026 14:03
Şübhəli şəxsi döydülər
05 Fevral 2025 20:17
Keçən il Azərbaycanda 50 minə yaxın şəxsi heyvan dişləyib
14 Yanvar 2026 11:14
Gəncədə 18 yaşlı şəxsi döydülər
17 Aprel 2025 00:02
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
28 Aprel 2026 18:17
Baxış sayı:163
Bu xəbər 31 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları