Azərbaycanda yük daşıyıcıları da sadələşdirilmiş vergi ilə bağlı yoxlamalara cəlb olunacaq
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra yük daşımaları həyata keçirən vergi ödəyicilərində də sadələşdirilmiş vergi yoxlanılarkən fərqlənmə nişanlarının alınması qaydalarının düzgünlüyü, vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında daşımaların həyata keçirilməsi və vergilərin hesablanması zamanı faktiki texniki göstəricilərin ilkin uçot sənədlərinə uyğunluğu araşdırılacaq.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















