Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldı ADLAR
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alıb:
Çingiz Namizəd oğlu Həsənli 4 saylı Naxçıvan şəhər, Yadigar Ayaz oğlu Bağırov 101 saylı Samux-Şəmkir, Babək Yaşar oğlu Abbasov 102 saylı Şəmkir şəhər, Vüqar Lətif oğlu Bayramov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
Ramil Əsgər oğlu Sadiqov 4 saylı Naxçıvan şəhər, Qalib Natiq oğlu Abbasov 78 saylı Lənkəran kənd, Azər Rasim oğlu Ələsgərov 101 saylı Samux-Şəmkir, Əli Abbas oğlu İsmayılov və Mübariz Ələddin oğlu Cəfərov 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 27 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















